Növbədənkənar parlament seçkisi ehtimalı 

12:30 02-07-2019 | icon 329 | Siyasət
Növbədənkənar parlament seçkisi ehtimalı 

İyulun 10-dan sonra Azərbaycanda növbədənkənar parlament seçkilərinin elan ediləcəyi gözlənilir.

 

Versus.Az xəbər verir ki, konkret.az saytının yazdığına görə, bu barədə redaksiyaya etibarlı mənbədən məlumat verilib.

 

Sayt yazır ki, artıq bir sıra ictimai birliklərə, xüsusilə Bakı Kəndlər Birliyinə bununla bağlı təlimat daxil olub.

 

Xatırladaq ki, 2016-cı il 26 sentyabr tarixində keçirilmiş sonuncu referendumla Konsitusiyaya dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, ölkə başçısına növbədənkənar seçki təyin etmək səlahiyyəti verilib. Prezident İlham Əliyev artıq həmin səlahiyyətləri çərçivəsində növbədənkənar prezident seçkiləri elan edib. Mənbənin vurğuladığına görə, parlamentin bu gün dövlət quruculuğunda ikinci hakimiyyət qolu kimi üzərinə vacib missiya düşdüyündən yuxarılarda hesab edirlər ki, belə seçkilərin keçirilməsi vacibdir. Ali icra hakimiyyəti orqanının formalaşması prosesinin davamı kimi, digər hakimiyyət qollarına da ictimai etimadı müəyyənləşdirmək üçün yeni seçkilərin təyin edilməsinə zərurət yaranıb.

 

Versus.Az xatırladır ki, növbədənkənar parlament seçkilərinin təyin ediləcəyi ilə bağlı ilk xəbər hələ ilin əvvəlində yayılıb. O zaman bu qərarın aprel ayında veriləcəyi gözlənilirdi. İndi isə iyul ayının 10-dan sonra belə bir yeniliyin baş verəcəyi bildirilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı