“Müxalifəti tək Sərdar Cəlaloğlu təmsil edir”

14:08 21-03-2018 | icon 890 | Siyasət
“Müxalifəti tək Sərdar Cəlaloğlu təmsil edir”

“Debatlarda namizədlər arasında müxalifəti tək Sərdar Cəlaloğlu təmsil edir. Digərləri sanki iqtidarın tərifi, təbliğatı ilə məşğuldurlar”.

 

Bunu Versus.az-a prezidentliyə namizədliyini irəli sürən və son anda ADP sədri Sərdar Cəlaloğluna görə geri çəkilən ALDP sədri Fuad Əliyev bildirib.

Namizədlərin teledebatdakı çıxışları ilə bağlı açıqlama verən ALDP sədri bəzi namizədlərin mövqelərini anlamadığını deyib:

 

“İqtidarın namizədini bir nəfər təmsil etsə də, digər namizədlər də sanki iqtidarı təmsil edirlər. Sərdar Cəlaloğludan başqa bütün namizədlər hakimiyyətin sosial-iqtisadi problemləri həll etdiyini bəyanlayıb sanki iqtidarın tərifi, təbliğatı ilə məşğuldurlar”.

 

F.Əliyev bir mövqedə olan namizədlərin seçkidə ayrı-ayrı partiyaların adından çıxış etmələrini məntiqsiz sayıb:

 

“Əgər sən iqtidarın namizədini təbliğ edəcəkdinsə, o zaman onun komandasına üzv olub, bir vəkil kimi çıxış edə bilərdin. Bu daha məntiqli olardı. Müxalifət adından çıxış edib, hakimiyyəti təbliğ etmək özünü aldatmaqdır”.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI