"Əhalinin siyahıya alınması ilə bağlı hazırlıq işləri yekunlaşır"

01:00 03-07-2019 | icon 362 | Cəmiyyət
"Əhalinin siyahıya alınması ilə bağlı hazırlıq işləri yekunlaşır"

Əhalinin siyahıya alınması ilə bağlı hazırlıq işləri demək olar ki, başa çatdırılıb və metodoloji baza hazırlanıb.

 

Versus.Az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

 

T.Budaqovun sözlərinə görə, sınaq siyahıyaalma işləri də həyata keçirilib:

 

"Bildiyiniz kimi, keçən il Qəbələdə sınaq siyahıyaalınma həyata keçirilib. Hazırda sorğu, siyahı vərəqələrinin yerlərə çatdırılması işlərini həyata keçiririk. Eyni zamanda, avqustun sonu, sentyabrın əvvəlində siyahıyaalma işinə cəlb olunacaq işçilərin təlimatlandırılması prosesinə başlanacaq".

DSK rəhbəri bildirib ki, artıq hər bir rayon üzrə təşkilati planlar işlənib:

"Təşkilati planlar hər bir rayon İcra Hakimiyyəti ilə razılaşdırılıb. Nazirlər Kabinetinin qərarı ilə normaya görə hər 300 nəfərə 1 sayıcı müəyyən edilib. 14 min əhali üçün bir siyahıyaalma məntəqəsinin yaradılması, hər 5 sayıcı üçün isə 1 təlimatçı-nəzarətçinin müəyyən olması üçün işçilərin cəlbi planlaşdırılır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI