HİV virusu daşıyan 35 yaşlı Natəvan Türkiyədən Azərbaycana deportasiya edildi

01:11 03-07-2019 | icon 548 | Hadisə
HİV virusu daşıyan 35 yaşlı Natəvan Türkiyədən Azərbaycana deportasiya edildi

Türkiyənin Karaman bölgəsində fahişəliklə məşğul olanlara qarşı keçirilən əməliyyat zamanı saxlanılan  azərbaycanlı qadında HİV virusu aşkarlanıb.

Versus.Az Virtualaz.org-a istinadla bildirir ki, Türkiyə KİV-i məlumat yayıb ki, tibbi müayinədən keçirilməsi zamanı 35 yaşlı M. Natəvan adlı qadında cinsi yolla keçən və QİÇS-ə yol açan virusun olması şübhəlilərin ortaya çıxıb.

Bildirilir ki, Karaman Polis Şöbəsinə Türkiyə vətəndaşları - 50 yaşlı Mehmet D., 53 yaşlı Həsən Hüseyn D., 46 yaşlı Erdal Y.-nın əcnəbi qadınları avtomobildə pul qarşılığında cinsi istismara məruz qoyması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları faktla bağlı hərəkətə keçib, şəhərin ən sıx küçələrindən birində Mehmet D., Həsən Hüseyn D., Erdal Y. ilə C. Həvva və Azerbaycan əsilli M. Natəvanı saxlayıblar.

“Çavuş” ləqəbli Mehmet D.-nin şəhərdəki litseydə məmur kimi çalışdığı məlum olub. O və əlbir oduğu digər Türkiyə vətəndaşları polis bölməsində ifadə verdikdən sonra nəzarət şərtilə sərbəst buraxılıblar. Əcnəbi qadınlar - Həvva C. və Natəvan M. də ifadə verərək sərbəst buraxılıb və öz ölkələrinə deportasiya ediliblər.

Türkiyə polisi az qala hər gün ölkənin müxtəlif bölgələrində keçirdiyi reydlərdə fahişəliklə məşğul olan qadınları saxlayır və onların arasında demək olar ki, hər dəfə Azərbaycan vətəndaşları olur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı