AXCP sədri hökumətə, ölkə rəhbərliyinə müraciət etdi

23:03 03-07-2019 | icon 441 | Cəmiyyət
AXCP sədri hökumətə, ölkə rəhbərliyinə müraciət etdi

"Dünyasını dəyişən Qarabağ qazisinin həyat yoldaşı və qızı çarəsiz durumdadılar. Tarix bağışlamayacaq..."

 

Versus.Az-ın məlumatına görə, bunu qazinin ailəsi ilə görüşdə AXCP sədri Razi Nurullayev deyib. AXCP sədri özünün "Facebook" səhifəsində yazır:

 

"Qarabağ müharibəsində birinci qrup əlilə çevrilən, sonra isə çox yaşaya bilməyib Allahın rəhmətinə qovuşan bir atanın qızı olan Nuranə Hüseynovanı və onkoloji xəstəlikdən əziyyət çəkən anasını ziyarət etdim. Kirayədə yaşayan bu ana və bala çətinlik içərisindədir, aylıq kirayəni belə, ödəməkdə çətinlik çəkirlər. Çünki bizim analoqsuz, pulsuz, dövlət hesabına olan səhiyyəmiz onların bütün müavinətlərini və edilən köməkləri "udur". 160 manat pensiya alan ana, bir dərmanına görə 700 AZN ödəməlidir. Bəs o qızın torpaq uğrunda vuruşan atası niyə ölüb? Ölüb ki, arvadı və qızı insaflı insanlardan yardım ala-ala dolansınlar?"

 

Razi bəy bildirib ki, anasının və Nuranə Hüseynovanın tam müalicəsini və təminatını dövlət üzərinə götürməlidir. Nuranə xanım da hər iki ayağından əməliyyat olunmalıdır. Anasının başına bir iş gəlsə, bu əlil qız küçələrdə yaşamalı olacaqmı:

 

"Mən hökumətə, ölkə rəhbərliyinə müraciət edirəm ki, bu ailənin və yüzlərlə bu kimi ailələrin problemləri birdəfəlik dövlət hesabına, neft pullarının hesabına həll edilsin. Dövlət deyirsə ki, imkanım yoxdur, qoy oğurlanıb xaricə çıxarılan milyardları qaytarsın və onu çıxaranları həbsə göndərsin. Qoy bu gün də dövlət büdcəsini oğurlayanları dayandırsın və dövlətin öz vəsaiti ilə bu xalqın problemlərini həll etsin.

Bütün xeyriyyəçilər bir yerə yığılsa belə, bu xalqın kasıblarının, şəhidlərinin, əlillərinin problemini həll etməyə gücü çatmaz. Bu, dövlətin qayğısı və gücü daxilindədir".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı