Ona nəsil və ya ailəvi xəstəlik də deyirlər

00:27 04-07-2019 | icon 831 | Sağlamlıq
Ona nəsil və ya ailəvi xəstəlik də deyirlər

Nərminə Abbasova: “Ən yeni müalicə üsulları da bu bakteriyanın qarşısında acizdir”

 

“Helicobacter Pylori - ən çox mutasiya olunan, rəhmsiz, onkogen bakteriyalar hesab edilir ki, onun qarşısını almaq çox çətindir. Dünya əhalisinin 58%-i isə bu bakteriyanın daşıyıcısıdır. Ən yeni müalicə üsulları belə bu bakteriyanın qarşısında aciz qalır”.

 

Versus.Az-ın məlumatına görə, bu barədə Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova danışıb.

 

Nərminə xanımın sözlərinə görə, Helicobacter Pylori bakteriyasının törədə biləcəyi bir neçə fəsadları var:

 

“Helicobacter Pylori mədə-bağırsağı məhv edir. Qastrit, xora, onikibarmaq bağırsağın yaralarının ən birinci səbəbkarıdır. Hətda Beynəlxalq Agentlik Helicobacter Pylori bakteriyasının 1 dərəcəli kanserogen olduğunu hesab edir. Bu bakteriyanın qorxulu tərəfi isə yoluxucu olmasıdır. Yoluxma adi qab, fincan, öpüş, fekal-oral, çirkli əllər vasitəsilə asanlıqla keçə bilər. Ona görə ona nəsil və ya ailəvi xəstəlik də deyirlər”.

 

Həkim bildirib ki, sözügedən bakteriyanın çoxsaylı növləri var. Sakit və aqressiv olaraq iki tipə ayrılır:

 

“Bakteriya xarici görünüşə də təsir göstərir. Həmçinin bir çox dəri xəstəliklərinin səbəbkarıdır: atopik dermatit, civzə, sızanaq, psoriaz və sair. Onu da deyim ki, diaqnostikası asan, müalicəsi isə bir o qədər çətindir. Nəfəs və qan analizi vasitəsilə aşkarlanır. Amma müalicəsi uzun və kompleksli şəkildə aparılır. Müalicə əsasən antibakterial dərmanlar və xüsusi pəhrizlərlə aparılır”.

 

Mədə turşusu sekresiyasına təsir edən xüsusi müalicə ilə bakteriyanı azaltmağın mümkünlüyünü qeyd edən həkim-terapevt vurğulayıb ki, xəstələr siqaret, içki və stresdən maksimum uzaq olmalıdır.

 

 

DİQQƏT!

Əgər siz Allergiya və Astma xəstəlikləri ilə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (və ya yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI