“Sahilsiz Təzadlar” və “Sahibsiz kolgələr”

20:28 08-07-2019 | icon 1135 | Ədəbiyyat
“Sahilsiz Təzadlar” və “Sahibsiz kolgələr”

Ədəbiyyatsevərlərimiz tərəfindən böyük rəğbətlə qarşılanıb

 

Tanınmış alim və yazıçı Sadıq Qarayevlə gənclərin görüşü keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar Birliyi və Rusiya Yazıçılar İttifaqının üzvü, “Qızıl kəlmə” mükafatı laureatı, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin iki iri həcmli “Sahilsiz Təzadlar və “Sahibsiz kolgələr” romanları ölkəmizin ədəbiyyatsevərləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Versus.Az xəbər verir ki, hər 2 kitabın süjet xətti çox maraqlıdır. “Sahilsiz Təzadlar” romanında yaylaqda cərəyan edən hadisələrdə Əli, Nərmin, Memati kişi, Qaraş və Lala sürətləri ən sevilən insan surətlərindəndir.

İkinci hissə Moskvada cərəyan edir. Müəllif gəncliyində bir-birini çox sevən, lakin bir-birinə qovuşmayan Əli və Nərmini yenidən görüşdürür. Nərminin ən çətin vaxtlarında Əlinin öz ağlı, dərin təfəkkürü sayəsində ona hiylə quran mənfi ünsürlərin iç üzünü açması əsəri hər mənada daha oxunaqlı edir. İkinci roman “Sahibsiz kölgələr”-də mənasına və məzmununa görə çox maraqlıdır.

 

Əsərdə üç bacı - Şəms, Mərcan, Gülər və onlarla eyni adda olan rəfiqələr ətrafında cərəyan edən hadisələr insanların çətin və oxşar talelərini göstərir. Yazıçı ən maraqlı surətlərdən biri - Çoban Zalovu peşəkar çekist kimi oxuculara təqdim edir. Və onun ətrafında Süleyman, Fəridə, Tusi kimi obrazlar da əsərin qəhrəmanlarından hesab olunur. Müəllif hər iki romanında riyaziyyat, fizika, biologiya kimi elmlərdən istifadə edib, nümunə göstərdiyi terminlərlə əsərin dəyərini və sanbalını daha da artırıb. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi və “Asan Xidmət” Könüllülərinin birgə iştirakı ilə tanınmış alim və yazıçı Sadıq Qarayevlə keçirilən görüş bu qəbildən çox qiymətlidir.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin II Tədris Korpusunda təşkil olunan mərasimi “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Kütləvi Tədbirlər Departamentinin rəhbəri, istedadlı müğənni və aparıcı İslam Ələsgərli açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Tərəqqi” medalının mükafatçısı, Vətən müharibəsi veteranı, jurnalist Şamil Sabiroğlu Sadıq Qarayevin mənalı ömür yolundan danışdı. Şamil müəllim tədbirin keçirilməsinə müəyyən dəstək göstərən ADPU-nun rektoru, Prof. Cəfər Cəfərov və “Asan Könüllülər Təşkilatı” ictimai birliyinin rəhbərliyinə xüsusi təşəkkür etdi. Şamil Sabiroğlu bildirdi ki, istedadlı alim həm də iyulun 5-də öz doğum gününü qeyd edir. Daha sonra Sadıq müəllimin ömür yolu barədə hazırlanan videoçarx nümayiş olundu. Azərbaycan MEA Ədəbiyyat İnstitutunun məsul əməkdaşı, filologiya elmləri doktoru Mərziyə Nəcəfova, “Asan Könüllülər Təşkilatı” ictimai birliyinin Könüllülərlə iş Departamentinin əməkdaşı Orxan Qarayev, Respublika Əmək və Sosial Münasibətlər Akademiyasının əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri – şairlər Oqtay Rza, Ramiz Qusarçaylı, Elli Atayurd, Nəcibə İlkin, şair-publisist Zaur Ustac və başqaları Sadıq Qarayevin Azərbaycan ədəbiyyatı tarixinə verdiyi mühüm töhfədən danışıblar. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin əməkdaşı, şairə və bədii qiraət ustası xanım Aynur Qafarlı, şair Ramiz Qusarçaylı doğma yurdumuza həsr edilən şeirlər söylədilər.

 

Tanınmış müğənnilər - Zəka Vilayətoğlu və İslam Ələsgərli Vətənə, Torpağa və Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevə həsr olunan mahnıları səsləndiriblər. Sadıq Qarayev oxucuların suallarını cavablandırıb.

 

Tədbirdə iştirak edən “Asan Xidmət” könüllülərindən Leyla Axundzadə, Sevinc Mərdanova, Süsən Hümbətova, Aytac Quliyeva, Zeynəb Rəcəbova, Esmira Niyazova, Fatimə Zülfüqarlı, Elmar Məmmədov, Nərmin Abdullayeva, Hüseyn Savalanlı, Lətif Kərimli və başqalarına təşəkkür ifadə edilib.

 

Şamilə Şamilqızı
/ADMİU- IV kurs/

Süsən Hümbətova
/ADPU- II kurs/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür