Yeni Günəşlidə magistral su xətti çəkilir

08:48 09-07-2019 | icon 511 | İqtisadiyyat
Yeni Günəşlidə magistral su xətti çəkilir

Bu yaxınlarda Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə "Azərsu" ASC tərəfindən yeni layihənin icrasına başlanılıb.

 

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Versus.Az-a verilən məlumata görə, layihə çərçivəsində yaşayış massivinin mərkəzi küçəsi boyu 1000 mm diametrli borularla uzunluğu 1 km-dən çox olan yeni magistral su xətti inşa edilir. Artıq həmin xəttin 50 faizindən çoxu çəkilib və işlər hazırda 2 nöqtədə davam etdirilir. Magistral kəmərin tikintisi başa çatdıqdan sonra şəbəkəyə birləşmə veriləcək. Bununla da, Yeni Günəşli yaşayış massivində dayanıqlı su təchizatı təmin olunacaq.

 

İndiyədək bu ərazilərə içməli su hər birinin diametri 600 mm olan 2 magistral xətlə verilirdi. Yeni Günəşli yaşayış massivi salınarkən inşa edilmiş həmin xətlər uzun müddətdir istismar olunurdu. Buna görə də relyef baxımından nisbətən yüksəklikdə yerləşən əraziyə suyun çatdırılmasında müəyyən problemlər yaranırdı. Mövcud xətlər qəzalı vəziyyətdə olmaqla yanaşı, əhalinin içməli suya olan artan tələbatını tam ödəməyə imkan vermirdi. Məhz bu səbəbdən yaşayış massivini içməli su ilə təmin edən kəmər yenisi ilə əvəzlənir.

 

Qeyd edək ki, 2019-cu ilin investisiya layihəsinə əsasən Suraxanı rayonunun 6 yaşayış məntəqəsində magistral və paylayıcı su xətlərinin inşası həyata keçirilir. Rayonun Bülbülə, Əmircan, Zığ, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrində mərhələli şəkildə həyata keçirilən layihələr çərçivəsində ümumilikdə 33 km-dən çox magistral və paylayıcı su xətləri çəkiləcək, sayğaclar quraşdırılacaq. Layihələrin icrasına başlanandan indiyə qədər su xətlərinin 20 km-lik hissəsi tikilib. Ümumilikdə Suraxanı rayonunda icra olunan layihələrdən 30 mindən çox sakin faydalanacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür