"Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsini uzatmağı üstün tutur"

20:16 09-07-2019 | icon 103 | Siyasət
"Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsini uzatmağı üstün tutur"

Beynəlxalq ictimaiyyət Ermənsitan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini uzatmağı üstün tutur.

 

Versus.Az xəbər verir ki, bunu Azernews-a müsahibəsində rusiyalı siyasi ekspert Denis Korkodinov deyib.

 

Ekspert bildirib ki, Azərbaycan və Ermənistan danışıqlar aparmaqla yanaşı, bu mübahisədə tam əks mövqelərdə dayanıb:

“Əgər Bakı öz ərazi bütövlüyünün bərpasını tələb edirsə, Yerevan öz mövqeyini “qədim erməni hüququ” deyə tamamilə abstrakt təsəvvürlərlə izah edir. Beləliklə, erməni qoşunlarının Qarabağ ərazisindən dərhal çıxarılması barədə beynəlxalq normaların formalaşdırdığı şüurluluq meyarları Ermənistan tərəfi üçün zəruri xarakter daşımır, bu isə əksər vaxtlarda münaqişənin gərginləşməsinə gətirib çıxarır. Bu vəziyyətdə beynəlxalq ictimaiyyət qəti sözünü deməli olduğu halda, belə görünür ki, münaqişəni uzatmağa üstünlük verməklə, problemi həll etməyə tələsmir”.

 

Politoloqun sözlərinə görə, danışıqlar prosesində Bakının dəstəklədiyi əsas prinsiplərdən biri Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır:

“Amma Yerevan bu prinsipin reallaşmasına hazır deyil və hesab edir ki, Dağlıq Qarabağ potensial Azərbaycan təcavüzünün qarşısının alınması məqsədilə yaradılmış erməni limitrofudur. Ermənistan tərəfinin bu iddiası əsassızdır, çünki Dağlıq Qarabağla bağlı təcavüzün mənbəyi hər zaman Ermənistan özü olub. Danışıqlar açıq şəkildə göstərdi ki, 25 il ərzində münaqişənin uzanmasının səbəbi Bakının danışıqlara hazır olması, Yerevanın isə olmamasıdır".

 

Politoloq əlavə edib ki, Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimə danışıqlar prosesinin iştirakçısı statusu vermək istəyir:

“Amma bu mövqe yanlışdır, çünki Bakı ilə Yerevan arasında münaqişə ikitərəflidir və üçüncü tərəfin iştirakı prinsipcə nəzərdə tutulmayıb”.

 

Ekspert vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminə hazırda əməl olunmur, bu isə yeni regional gərginlik dalğası üçün əsas verir:

“Eyni zamanda, rəsmi Bakı beynəlxalq razılaşmalara, o cümlədən Düşənbədə qəbul olunan normalar sadiq qalmağa çalışır. Yerevan isə münaqişə zonasında öz iddialarını məhdudlaşdırmaq niyyətində deyil. Beləliklə, Ermənistan sülhə vadar olmayanadək əvvəlki razılaşmalar aktuallığını itirəcək”.

 

Ermənistanın hərbi təlimlərdə iştirakına gəldikdə isə D.Korkodinov bildirib ki, bu, ordunu mövcud problemlərin həllindən yayındırmaq zərurəti ilə izah olunur:

“Problem ondadır ki, Nikol Paşinyan “Qarabağ klanı” və Robert Koçaryanla münasibətlərinin gərginləşməsi fonunda rəqiblərinin nüfuzunun güclü olduğu ordudan qorxmağa başlayıb. Buna görə də o, Silahlı Qüvvələri müxtəlif tədbirlərlə məşğul edir ki, onlar fikirlərini baş nazirin iqamətgahına yönləndirməsinlər. Ona görə də Ermənistanın Naxçıvanla sərhədin yaxınlığında təlimlərdə iştirakı hücum məqsədi daşımır. Nikol Paşinyanla “Qarabağ klanı” arasında münasibətlərin gərginləşməsi Azərbaycanın regiondakı siyasətinə müsbət təsir göstərir. Yekunda Azərbaycanın düşmənlərini zəiflədən amillər Bakı tərəfindən müsbət qarşılanır. Ona görə də Azərbaycan hələlik heç nə etməsə də olar. Sadəcə, müşahidə etmək lazımdır. Erməni klanları mübarizə nəticəsində Bakıya sərfəli olan addımları atacaqlar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TALEH ŞAHSUVARLI yazır:

Bəzilərini bir üzəcəm, bir üzəcəm ki, ancaq cəcəkləri qalacaq

Bu soyadı kim daşıyacaq? - FOTO

Əməkdar artistin 61 yaşı tamam olur

Azərbaycan klubu bu səbəbdən cəzalanıb

“Qəbələ” çilili hücumçu ilə müqavilə imzalayıb

İmmunitetimizin mərkəzi kürəkdə yerləşir

30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizədləri BƏYANAT yaydı

İrəvanda Xocalı soyqırımı ilə bağlı sorğu - Türk bloqqer Ermənistanda+Video

Bu, düz bağırsaq xərçənginin əlaməti də ola bilər

Bu Milli Məclisdə 9 partiya təmsil olunacaq - SİYAHI

Ermənilər Laçın və Kəlbəcərdə 27 ev, yeni məktəb binası tikir - FOTO

Atəşkəs rejimi 22 dəfə pozulub

Futboldakı problemləri açıb tökdü

Prezident İlham Əliyev Avropa çempionatında uğur qazanan güləşçilərimizi təbrik edib

Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi