"Məzarlıqlar, yerli bələdiyyələrin nəzarətindədir"


Vəfat etmiş insanlar üçün məzar yerlərinin ayrılması və digər məsələlər sırf bələdiyyələrin səlahiyyətində olan məsələdir.
Versus.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin məzarlıqların salınması və idarə olunması ilə bağlı qərarına əsasən, komitənin səlahiyyəti yalnız məzarlıqların reyestrini aparmaqdan ibarətdir. Digər bütün səlahiyyətlər yerli bələdiyyələrə aiddir.
M.Qurbanlı əlavə edib ki, yerli bələdiyyələr həmin məzarlıqlara həm cavabdehdir, həm də onları idarə edirlər:
"Bəzən mətbuat nümayəndələri məzarlıqlarla bağlı bütün məsələlərə görə bizim komitəyə müraciət edirlər, amma məzarlıqlar, dediyim kimi, yerli bələdiyyələrin nəzarətindədir. Bu, daha doğrudur, çünki məzarlıqlar vahid bir mərkəzdən deyil, yerlərdə idarə olunmalıdır. Bu, tam məntiqli bir addımdır".
Versus.Az

Xəbər lenti

BSU-da Xalq yazıçısı Anarla görüş keçirilib
BSU tərəfindən Anar haqqında hazırlanmış sənədli film nümayiş etdirilib
Növbədənkənar seçkiləri labüd edən məqamlar
"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"
Milli Məclisin adı dəyişdiriləcəkmi?
"Mənim ixtiyarım öz əlimdə deyil"
Abşeron sakinləri ağacəkmə kampaniyasında fəal iştirak edirlər
650 min ağacın əkilməsi şairin doğulduğu şəhərdən başlanıb
"YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək"
"Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq"
Əhalinin təbii artımı azalır
Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb
"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"
“Həyəcan” düyməsi
ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb
Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib
"Mənim münaqişələri birdəfəlik həll etməklə bağlı sehrli formulum yoxdur"
İrəli
