BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

16:05 10-07-2019 | icon 510 | Cəmiyyət
BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

Bakı Dövlət Universitetinin Cəbr və həndəsə kafedrasının müdiri, professor Arif Səlimov Türkiyənin Erzincan şəhərində keçirilən “17th İnternational Geometry Symposium” adlı konfransda iştirak edib.

 

Universitetdən Versus.Az-a verilən məlumata görə, müxtəlif ölkələrdən 200-ə yaxın həndəsə alimlərinin iştirak etdiyi tədbirdə “Holomorphic manifolds over algebras and their applications” mövsuzunda məruzə ilə çıxış edən Arif Səlimov, eyni, zamanda, konfransın Elm Komitəsinin üzvü seçilib. Professor Arif Səlimov məruzəsində differensial-həndəsi obyektlərin lift problemlərinə cəbrlər üzərində qurulmuş çoxobrazlıların vasitəsilə yeni yaxınlaşma metodundan bəhs edib.

 

Məruzə üzrə diskussiyalarda rumıniyalı professor C.-L.Bejan, türkiyəli professor H.Hacısalihoğlu və başqaları iştirak edib, gələcəkdə bu istiqamətdə ortaq işbirliyi təklif ediblər. Dr. Furkan Yıldırım məruzənin mövzusu ilə əlaqəli hazırlayacağı "TÜBİTAK 1001" layihəsinə Arif Səlimovu xarici elmi məsləhətçi kimi dəvət edib.

 

Qeyd edək ki, məruzənin bir hissəsi A.Səlimovun “Clarivate Analytics” bazasına daxil olan Chin. Ann. Math. Ser. B” və “Mediterr. J. Math." jurnallarında 2019-cu ildə çap olunmuş məqalələri əsasında hazırlanıb.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ