Fuad Əliyev: “Bu debatlarda 8 namizəd yox, 3 namizəd iştrak edir”

15:59 22-03-2018 | icon 1300 | Gündəm
Fuad Əliyev: “Bu debatlarda 8 namizəd yox, 3 namizəd iştrak edir”

“Öz səslərini müxalifətin yeganə namizədi Sərdar Cəlaloğluna verə bilərlər”

 

Versus.az Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri, Prezidentliyə namizədliyi irəli sürülən və imza toplayandan sonra namizədliyini ADP sədri Sərdar Cəlaloğluna dəstək məqsədilə geri götürən Fuad Əliyevin müsahibəsini təqdim edir.

 

- Fuad bəy, artıq Prezidentliyə namizədlərin üç debatı keçirilib. Debatları necə qiymətləndirirsiniz?

- Bu debatlarda 8 namizəd yox, 3 namizəd iştrak edir. İqtidar tərəfindən namizədliyi irəli sürülən İlham Əliyev, orta mövqedən çıxış edən Qüdrət Həsənquliyev və müxalifətdən Sərdar Cəlaloğlu. Digərləri İlham Əliyevin vəkili kimi çıxış edirlər. Bunlar mövcüd olan problemlərdən danışmaq, seçki platformalarını seçicilərə təqdim etmək əvəzinə, öz çıxışlarında müxalifətin üzərinə gəlirlər, tənqid edirlər. Halbuki 25 ildir müxalifət hakimiyyətdə deyil. Müxalifəti tənqiddən sonra keçirlər hakimiyyəti tərifləməyə. Onlar işsizliyi, qiymətlərin gündən-günə qalxmasını, sosial problemləri görmək istəmilər.

 

“...müxalifəti parçalayır və dolayısı ilə iqtidarın əlinə oynayır”

 

- Daha çox mitinqlərlə gündəmə gələn Milli Şura son mitinqi təxirə salıb, 31 marta növbəti mitinqlərini təyin etdilər. Sizcə mitinqin vaxtının dəyişməsinə səbəb nə ola bilər?

 

 - Bu sualın cavabını onlardan başqa məncə bilən yoxdur. Son iki il ərzində keçirilən mitinqlər effektsiz və hətta deyərdim ki, ziyanlı oldu. Bu mitinqlər iqtidara sərf edən mitinqlərdir. İcazə verilir, mitinq keçirilir, mitinqdə istənilən şüarlar səslənir və sakitçə dağılır. Sanki demokratik bir cəmiyyətdə yaşayırıq. İqtidar da bu nümunəvi mitinqləri beynəlxalq təşkilatlara göstərir və deyir ki, müxalifət mitinq istədi və onlara icazə verildi, yığışdılar, danışdılar və hətta bizi söydülər, siz bizdən nə istəyirsiz?

Hesab edirəm ki, müxalifət qeyd-şərtsiz bir araya gəlib ümummüxalifət mitinqi təşkil etsə, iqtidar bu mitinqin keçirilməsinə heç vaxt icazə verməyəcək. Ona görə hesab edirəm ki, mitinq təşkilatçılarının məhz bu iki təşkilata müraciəti müxalifəti parçalayır və dolayısı ilə iqtidarın əlinə oynayır.

 

- Fuad bəy, dediniz ki, belə mitinqlər effektsizdir. Siz nə təklif edirsiz?

 

- Mitinqlərin bu formada təşkil olduğunu effektsiz və zərərli olduğunu hesab edirəm. Yuxarıda qeyd etdiyim kimi, ümummüxalifət mitinqinin keçirilməsinə nail olsaq, onda tam başqa bir mənzərə olacaq. İkincisi, hər gün Konstitusiya, Ali və Apelliyasiya məhkəmələrinin qarşısında insan haqlarının pozulması, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, beynəlxalq təşkilatların və səfirliklərin qarşısında piketlərin keçirilməsi mümkündür. Narazı insanlar çoxdur. Amma niyə mitinqlərdə iştrak etmirlər? Çünki müxaifəti parçalanmış vəziyyətdə görür, onların bir-birlərini hakimiyyətə satılmaqda ittihamladıqlarını eşidirlər. Beləcə, müxalifətə inamsızlıq yarandığına görə müxalifətə dəstək vermirlər, mitinqlərdə iştrak etmirlər.

Mən bir daha müxalifətin seçkilərdə iştrak etməsinin vacibliyinə qayıdıram. Əgər vaxtında bizim təklifimiz qəbul olunsaydı, indi biz seçkilərdə bir namizədlə yox, bir neçə namizədlə iştrak edəcəydik. Bu namizədlər efirdə seçicilərə hakimiyyətin səhv siyasətindən danışıb, seçki gününə bir həftə qalmış bütün müxalifətin razılaşdığı bir namizədin xeyrinə öz namizədliyini geri götürüb seçicilərə bu namizədə səs verməsinə çağırış edəcəkdilər. İndi də gec deyil. Müxalifət partiyaları öz səslərini müxalifətin yeganə namizədi olan ADP sədri Sərdar Cəlaloğluna  verə bilələr.

 

- Seçkini boykot edənlər iştirak edənlərə sanki müharibə elan ediblər. İqtidar qalıb kənarda, iştirak edənləri tənqid və təhqir edilər. Vəziyyət niyə bu dərəcəyə çatıb?

 

- İki dəfə parlament seçkilərində iştirak etmişəm və mənim haqqımı tanımadığına görə Avropa Məhkəməsi mənim xeyrimə iki qərar çıxardıb. Boykotçuların məntiqi ilə yanaşsaq, belə çıxır ki, ancaq onların iştirak etdiyi seçkilərdə onlara qarşı qanun pozuntuları olubsa, bu seçkiləri tanımırlar. Qalib gələndə isə və gedib parlamentdə oturanda seçkiləri tanıyılar.

Rusiyada son prezident seçkilərinə baxın, Yavlinskiy və Baburin kimi tanınmış, nüfuzlu siyasətçilər heç bir faiz qazana bilməyiblər. Sobçak 1,5 faiz qazandı. Mən Rusiya mətbuatını izlədim. Kimsə bunlara “sən niyə seçkilərdə iştrak etdin, bilmirdin ki, qalib olmayacaqsan?” demədi. “Sən Putinin adamısan”, “Sən müxalifət deyilsən” və sair kimi məntiqsiz fikirlər səslənmədi. Əksinə, müxalifətin yeni simalarından biri Sobçak seçkilərin normal, demokratik keçdiyini bəyan etdi. Və heç kim də bu bəyanata görə onu Putinə “satılmaqda” ittiham etmədi.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür