“Hələ də Moskvanın bu niyyətdə olduğunu görmürük”

22:11 10-07-2019 | icon 98 | Siyasət
“Hələ də Moskvanın bu niyyətdə olduğunu görmürük”

Əlabbas Məhərrəmli: “Əsas məsələ Rusiyanın Qarabağ münaqişəsinin ədalətli həllinə təsir göstərməsidir...”

 

Rusiyalı ekspert Denis Korkodinov Azərbaycan mətbuatına müsahibəsində Beynəlxalq ictimaiyyətin Ermənsitan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini uzatmaqda maraqlı olduğunu önə çəkib. Politoloq öz təhlillərində Ermənistanın haqsız mövqeyni ayrı-ayrı faktlarla ortaya çıxarıb. Bildirib ki, Azərbaycan və Ermənistan danışıqlar aparmaqla yanaşı, bu mübahisədə tam əks mövqelərdə dayanırlar. Bir sözlə rusiyalı politoloq Ermənistanın öz təcavüzkarlıq siasətindən əl çəkmədiyini, beynəlxalq qururmların isə buna göz yumduğunu qeyd edib.

 

Regionda cərəyan edən prosesləri ümumiləşdirsək, Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətin mövqeyində baş verən ara-sıra dəyişiklikləri necə dəyərləndirmək olar. Rusiya ekspertinin bu çıxışı nəyi ifadə edir?

 

Siyasi ekspert Əlabbas Məhərrəmli məsələylə bağlı Versus.Az-a açıqlamasında vurğulayıb ki, Denis Korkodinov Rusiyalı politoloqlar arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı obyektiv mövqe bildirən azsaylı ekspertlərdən biridir:

 

“Onun sonuncü müsahibəsinə gəldikdə, deyə bilərik ki, o, fövqəladə bir fikir bildirməyib. Sadəcə, Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti təsvir edib və böyük dövlətlərin bu məsələni həll etməyə tələsmədiyini vurğulayıb”.

 

Ekspert bu baxımdan, Denis Korkodinovun söylədiklərini çox da şişirtməyə ehtiyac olmadığını deyib:

 

“Əsas olan Korkodinov və ya başqa politoloqun nə danışdığı deyil, Rusiyanın Qarabağ münaqişəsinin ədalətli həllinə təsir göstərməsidir. Təssüf ki, hələ də Moskvanın bu niyyətdə olduğunu görmürük".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Əli Kərimlinin düşdüyü vəziyyətə acıyırıq"

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

713-cü HƏRBİ HİSSƏYƏ GƏLƏN YOL

"İqtidarın kadr islahatlarında müxalifətin də potensialından istifadə edilməlidir"

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"Bu müxalifət öz iflasını gün-gündən yaxınlaşdırır"

"MAYOR ZƏFƏR ƏSGƏRLƏRİMİZİ ALDADIB ERMƏNİLƏRƏ GÜLLƏLƏTDİRDİ"

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"

713 saylı batalyonun qaziləri də şair İlham Qəhrəmanla görüşüb

ALDP-dən polis zorakılığına qarşı bəyanat

"Paytaxt sakinlərinin gözü qarşısında tam fiasko"

Radikal müxalifətin ikinci oktyabr iflası