Yol “terroru”nun baiskarları - PROBLEM

08:23 11-07-2019 | icon 644 | Hadisə
Yol “terroru”nun baiskarları - PROBLEM

Nəqliyyat ekspertləri həyəcan təbili çalır

 

Azərbaycan yollarında indi də “Mercedes Vito” və “Mercedes  Viano” markalı avtomobillərin sürücüləri “terror”la məşğuldurlar.

 

İnsanları yol qəzalarında qıran “Şaqman” yük maşınları, “VAZ 21 07" kimi avtomobillər azmış kimi, ”Vito" və “Viano”ların sürücüləri bəlaya çevrilib.

 

Paytaxtdan əyalətlərə işləyən bu maşınların sürücülərinin əksəriyyəti qanundan kənar daşıma fəaliyyəti göstərirlər.

 

Elə sonuncu hadisə - Masallı ərazisində 8 nəfəri tələf edən “Vito” mikroavtobusun sürücüsünün qanunsuz sərnişindaşıma ilə məşğul olduğu üzə çıxıb.

8 nəfər öldü vito ile ilgili görsel sonucu

Onun kimi əksər rayonlardan “Vito” və “Viano”lar şəhərə sərnişin daşımaqdadırlar. Onlar əsasən gecə saatlarında və sübh vaxtı müştəriləri ev-ev, qapı-qapı götürərək yola çıxırlar.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova virtualaz.org-a bildirib ki, Bakı Beynəlxalq Avtovağazalından kənarda sərnişin daşıma ilə məşğul olan Nizami Mustafayevin barəsində Dövlət Yol Polisi tərəfindən dəfələrlə cəza tədbiri də görülüb. Amma sürücü qeyri-qanuni fəaliyyətini davam etdirib.

 

Onun sözlərinə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti qanuni daşımalarla bağlı məsul qurumdur, qurumun qeyri-qanuni daşımalarla bağlı hər hansı qanunvericilikdə nəzərdə tutulan cəza tədbiri görmək ixtiyarı yoxdur.

 

Amma dəfələrlə DYP-yə qanunsuz fəaliyyət göstərən daşıyıcılarla bağlı məlumat verilib. Lakin qanunsuz daşıyıcı təkcə Masallı  yolunda 8 nəfərin həyatına son qoyan N.Mustafayev deyil, onun kimi sürücülər çoxdur.

 

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, qəzanı törədən N.Mustafayevə taksi xidməti göstərmək üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən fərqlənmə nişanı verilib.

 

Onun sözlərinə görə, qəzanın baş verməsinə səbəb sürücünün istirahət etmədən fəaliyyət göstərməsi və diqqətinin yayınması olub.

 

Qeyd edək ki, “Mercedes Vito”  və “Viano”larla turistlərə, yerli sərnişinlərə Avropa ölkələrində də xidmət göstərilir. Bu maşınlar keyfiyyətli hesab olunur. Yəni qəzalarla bağlı problem “Vito”larda deyil, onların məsuliyyətsiz sürücülərində və müvafiq qurumlardadır...

 

Bəs qanunsuz sərnişin daşıma xidməti necə durdurulmalı? Bu istiqamətdə hansı kompleks addımlar atılmalıdır?

Azər Allahverənov ile ilgili görsel sonucu

Versus.Az xəbər verir ki, “Yeni Müsavat”a danışan nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov qeyd etdi ki, aidiyyatı strukturlar ciddi tədbirlər görməlidirlər.

 

Onun sözlərinə görə, vətəndaşların qanunsuz sərnişindaşıma xidmətindən istifadə etməsinin yeganə səbəbi az məsrəf eləmək niyyətidir.

“Vətəndaşa maraqlı deyil ki, sürücünün sərnişindaşıma üçün lisenziyası varmı, avtomobilin texniki yararlığı hansı səviyyədədir. Hətta “Ford” markalı maşınlar var ki, onlarda oturacaqların sayı normativlərdən kənara çıxıb. Vətəndaşa maraqlıdır ki, az xərc çəksin və mənzil başına tez çatsın. Bu zaman lisensiyasız fəaliyyət göstərən mikroavtobus sürücülərinə nəzarət olmur, sürət həddini aşırlar. Onlara ən pis halda yol polisi cərimə yaza bilər. Əksəriyyəti də radarların harada olduğunu, yol polislərinin dayandığı yerləri bilirlər", - deyə A.Allahverənov vurğuladı.

 

Ekspert bildirdi ki, bəzi bölgələrdə avtovağzal xidməti yoxdur, bəzilərində tam gücü ilə işləmir:

“Dövlət Yol Polisi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti bu istiqamətdə işləri təkmilləşdirməlidir. Eyni zamanda Sumqayıtda, Gəncədə sərnişindaşıma yerli icra hakimiyyətlərinin tabeliyindədir. Bu qurumlar da nəzarəti gücləndirməlidirlər, yəni problemə kompleks yanaşmaya ehtiyac var. Məsələn, bir müddət əvvəl Sumqayıtda tələbələrin ölümü də qanunsuz sərnişin daşımanı üzə çıxardı. Elə sistem yaranmalıdır ki, nəzarətdən kənar sürücü olmasın. Bu gün infrastruktur, texniki imkanlar, kameralar, resurslar var".

 

Müsahibimiz sürücülərin qanunsuz xidmətə sürükləyən amillərin üzə çıxarılmasını vacib sayır:

“Sərnişin daşıma üçün standartlar var. Gəlir vergisi, lisenziya alınması ən vacib tələblərdir. Bu şərtlərdən yayınmaq üçün həmin fiziki şəxslər qeyri-qanuni fəaliyyət göstərirlər. Amma mikroavtobus lisenziyalı fəaliyyət göstərəndə normalardan kənara çıxmır. Yəni avtomobilin texniki nasazlığına, magistralda müəyyən olunmuş sürət həddinə nəzarət olunur, şikayət edildiyi halda sürücü işdən azad edilir. Bu baxımdan nəzarət güclənməlidir".

Elməddin Muradlı ile ilgili görsel sonucu

Nəqliyyat ekskperti, jurnalist Elməddin Muradlı xatırladıb ki, dəfələrlə qadağalar, məhdudiyyətlər tətbiq edilib:

 

“Amma nəzarət mexanizminin səngiməsində yaranan boşluqdan istifadə edənlər olur.

Ümumiyyətlə, bu sahədə vəziyyət ürəkaçan deyil. İstərsə Bakıda, istərsə rayonlarda psixopat, narkoman, dəli, sürücülük vəsiqəsi olmayan şoferlər var. Ona görə də bu sektorda köklü islahatlar aparılmalıdır.

Prezidentin “Yol hərəkətinin təhlükəsizliyi” barədə 5 illik imzaladığı fərman var, amma 7 ay keçir, əməli bir iş görmürük. Müəyyən ideya və sözlər səslənir. Amma qanunsuz sərnişindaşımaya sərt münasibət olmalıdır, stasional postlarda nəzarət güclənməlidir.

Sürücü sübh 4:30-da şəhərə daxil olur, bir saat sonra sərnişinləri yığıb Bakıdan çıxır. Axı bu adam cavandır, hansı peşəkarlığı var ki, belə qrafiklə işləsin?

Pul qazanmaq üçün özünü ölümə atmaq, başqalarının həyatını məhv etmək olmaz. Bəziləri yazırlar ki, ailəsini dolandırırdı. Səhv yanaşmadır. İndi 10 il həbsə gedəcək, kim ailəsini dolandıracaq?

Bəs ölən 8 adamın həyatını kim qaytaracaq? Bu baxımdan sürücülərin iş və istirahət rejimi ciddi şəkildə nəzarətdə saxlanmalıdır. Avtovağzalda bilirlər ki, hansı sürücü dincəlib, hansına etibar etmək olar".

 

Qeyd edək ki, rayon yollarında qeydə alınan qəzaların 90 faizi texniki baxışdan keçməyən, qanunsuz sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin payına düşür. Həmin sürücülər tibbi müayinədən, avtomobilləri isə texniki baxışdan keçmir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol