Aliment üçün boşanmağa ehtiyac yoxmuş

08:30 11-07-2019 | icon 143 | Sosial
Aliment üçün boşanmağa ehtiyac yoxmuş

Üstəlik, kişi də aliment tələb edə bilər

 

Övlad sahibi olan hər kəs valideyn olmağın məsuliyyətini hiss edirmi? Təssüflər olsun ki, bu suala birmənalı cavab verə bilmirik. Çünki günümüzdə qarşılaşdığımız əksər ata-analar uşaq sahibi olsalar da, valideyn kimi övladlarının qayğısına qalmaqdan imtina edirlər. Dünyaya gətirdikləri uşaqlara qarşı məsuliyyətsiz davranır, nə maddi, nə də mənəvi dəstək olurlar.

 

Versus.Az xəbər verir ki, bu hal da əksər vaxtlarda boşanmalara, ailələrin dağılmasına səbəb olur. Bir tərəf (əsasən ana) düşünür ki, boşandıqdan sonra qarşı tərəf (əsasən ata) məcburi şəkildə uşağına maddi dəstək göstərə, yəni aliment ödəyə bilər.

 

Ancaq əksər valideynlər xəbərsizdirlər ki, belə hallarda boşanmaq mütləq deyil. Yəni qanun imkan verir ki, valideynə boşanmadan belə, aliment kəsilə bilər. Maraqlıdır, bəs bunun üçün nə etmək lazımdır?

 

Hüquqşunas Elyar Həsənov AYNA-nın bu məsələ ilə bağlı suallarına aydınlıq gətirib. Onun sözlərinə görə, alimentin evliliyə və ya boşanmağa aidiyyəti yoxdur.

“Aliment bosanmaya görə ödənən vəsait deyil, uşağa görə ödənən vəsaitdir. Alimentin bir çox növləri var. Bizim cəmiyyətdə ən çox tanınan və tələb olunan aliment növü isə uşağa görə tutulan alimentdir” – hüquqşünas bildirib.

 

E.Həsənov boşanma olmadan necə aliment kəsilməsinə də aydınlıq gətirib:

“İstənilən halda uşağa baxan valideyn, əgər yanında uşaq qalırsa, digər valideyndən aliment tutulması ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Bunun üçün boşanmaq mütləq deyil. Praktikada o qədər olub ki, qadın boşanmadan ərinin uşağa baxmaması ilə bağlı iddia qaldırıb. Məhkəmə də onlar boşamadan kişiyə aliment kəsib”.

 

“Sadəcə cütlük bir yerdə yaşıyanda aliment kəsilməsi bir qədər çətin ola bilər. Amma məhkəmə aliment kəsəndə onların bir yerdə yaşamasını araşdırmır və 90 faiz bu cür hallarda aliment kəsilir” – deyə ekspert qeyd edib.

 

Həmsöhbətimiz onu da vurğulayıb ki, alimentin valideynin cinsinə adiyyəti yoxdur:

“Əgər uşaqlara ata baxırsa, ata da boşanmadan məhkəmədə iddia qaldırıb qadından aliment tələb edə bilər. Ata iddia qaldıra bilər ki, uşaqların qayğısına o qalır, qadın isə maddi yardım görtərmir. Bu zaman da məhkəmə qərar çıxararaq qadına aliment kəsəcək”.

 

“Sadəcə bizdə mentalitet məsələlərinə görə ancaq boşananda qadın aliment tələb edir. Praktikada da, əsasən uşaqlar ananın yanında olur. Lap ata uşaqlara baxsa belə, qadından aliment tələb etmir” – deyə o bildirib.

 

Versus.Az

Xəbər lenti

Əfqanıstan da koronavirusla əlaqədar İranla əlaqələri dayandırıb

İndiyə qədər İranda 43 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Fəzail Ağamalının lider olduğu dairədə 11 seçki məntəqəsinin nəticələri ləğv edildi

Bu Seçki Dairəsinin də bir seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb

43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi ilə bağlı şikayət əsassız sayılıb

MSK 11 saylı Qaradağ Seçki Dairəsi ilə bağlı şikayəti təmin etməyib

MSK Müsavat Partiyasının deputatlığa namizədinin şikayətini təmin etməyib

Magistraturaya qəbul imtahanının nəticələri 3 gün ərzində açıqlanacaq

Koronavirusla bağlı İrana səfər edən vətəndaşlara XƏBƏRDARLIQ

Sabah Bakıda hava çiskin olacaq

İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə 7 nəfər ölüb, 5 nəfər yaralanıb

Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub

Bu gün magistraturaya qəbul imtahanı keçirilib

Səni bu günə kim salıb, Yardımlı?..

Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb

Ümumavropa Qarabağ Mitinqi baş tutdu

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Yetmişə nə qaldı?..

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Fuad Əliyev ALDP-nin növbədənkənar Qurultayın çağırılmasını istəyir

Sabah hava necə olacaq?

İllər bir-birini əvəz etdikcə...

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət maksimum fevralın 18-də başa çatır.

 

 

Qaradağlı faciəsinin qurbanları anılıb - FOTO

Azərbaycan millisin hücumçusunu itirdi

Elmar Məmmədyarov Aİ-nin ali nümayəndəsi və komissarı ilə görüşəcək

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək