Gürcüstanda oxumaq istəyənlərin diqqətinə

08:46 11-07-2019 | icon 432 | Təhsil
Gürcüstanda oxumaq istəyənlərin diqqətinə

“Buradakı universitetlərin diplomları bütün dünyada tanınır”

 

Gənclərimizin xaricdə təhsildə üstünlük verdiyi ölkələrdən  biri də Gürcüstandır.

 Xatırladaq ki, xarici ali təhsil ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi fəaliyyət göstərir.  Xarici ali təhsil ixtisaslarının tanınması üçün məzunlar nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etməlidirlər. Müraciət zamanı yaranan problemlərdən biri də təqdim olunan apostil nümunəsinin keçərli olmamasıdır.

 

Gürcüstanda təhsil sənədlərinin (diplom və ona əlavənin) apostil möhürü-sertifikatı ilə leqallaşdırılması proseduru Təhsil və Elm Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsilin Keyfiyyətinin Yüksəldilməsi üzrə Milli Mərkəz tərəfindən həyata keçirilir.

 

Təhsil aldığınız ali təhsil müəssisəsinin yerləşdiyi bölgə üzrə sözügedən sahəyə məsul olan qurum barədə məlumat əldə etmək üçün həmin təhsil müəssisəsinin özünə müraciət etməyiniz tövsiyə olunur. İlkin olaraq, ani.edu.gov.az internet səhifəsinin “Nostrifikasiya-Leqallaşdırma” bölməsi vasitəsilə Haaqa Konvensiyasına uyğun olaraq, apostil möhürü/sertifikatı ilə leqallaşdırılmaya qoyulan tələblərlə tanış olmalısınız.

 

Gürcüstanın universitetlərindən alınan diplomlar beynəlxalq səviyyədə tanınır”

 

Versus.Az xəbər verir ki, bu sözləri Azedu.az-a Qafqaz ölkələri üzrə araşdırmaçı Kamran Ramazanlı deyib.

Onun  sözlərinə görə, Gürcüstan universitetlərində kifayət qədər azərbaycanlı tələbə təhsil alır:

 

“Gürcüstan ali məktəblərində 2000-dən çox azərbaycanlı tələbə təhsil alır.  Azərbaycanlılar gürcü universitetlərinə daxil olmaq üçün Gürcüstanın vahid imtahan mərkəzi tərəfindən keçirilən qəbul imtahanında iştirak edirlər. Eyni  zamanda, Gürcüstan universitetlərinə daxil olmaq üçün “1+4” proqramı da mövcuddur. Bu proqram vasitəsilə azərbaycanlı tələbələrə 1 il gürcü dili mənimsədilir. Onu da bildirim ki, “1+4” proqramı sabiq prezident Mixail Saakaşvilinin hakimiyyəti illərindən mövcud idi”.

 

Kamran Ramazanlı Gürcüstanda Azərbaycan dili tədris edəcək pedaqoji universitetin olmamasından gileylənib:

 

“Gürcüstan ali məktəblərində isə kifayət qədər pedaqoji heyət mövcuddur. Həmçinin, gürcü universitetlərindən alınan diplomlar beynəlxalq səviyyədə tanınır. Amma əsas problem Gürcüstanda pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin olmamasıdır. Dünyanın müxtəlif ölkələrində yaşayanın 50 milyonadək soydaşımızın vahid dövləti var ki, o da Azərbaycan Respublikasıdır. Məhz ona görə də təhsil baş verən problemləri  Azərbaycan və Gürcüstan dövləti  birlikdə həll etməlidir.

Düşünürəm ki, Gürcüstanda gürcü və Azərbaycan dilini tədris edəcək pedaqoji universitet olmalıdır. Həmçinin, universitetlərdə yerli mühitə uyğun pedaqoji kadrlar hazırlanmalıdır. Həmin pedaqoji universitetlərdən məzun olanlar da azərbaycanlıların təhsil aldığı milli məktəblərdə  təlim-tədris prosesi ilə məşğul olmalıdırlar”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür