İkinci ANİMAFİLM Bakı Beynəlxalq Festivalının plakatı hazırlanıb

10:14 11-07-2019 | icon 212 | Mədəniyyət
İkinci ANİMAFİLM Bakı Beynəlxalq Festivalının plakatı hazırlanıb

Tanınmış çex animasiya kinorejissoru Filip Poşivaç İkinci ANİMAFİLM Bakı Beynəlxalq Festivalının plakatını hazırlayıb.

 

Versus.Az xəbər verir ki, festivalın direktoru Rəşid Ağamalıyev deyib ki, plakatda iki çex ayı balası təsvir olunub:

“İkinci festivalın mövzusu çex animasiyasına həsr olunduğundan, biz plakatın hazırlanmasını tanınmış çex animasiya rejissoru Filip Poşivaçadan xahiş etmək qərarına gəldik. Onunla əməkdaşlıq eləmək bizim üçün böyük şərəfdir. Filipin təkrarolunmaz üslubu var, düşünürəm ki, təsvirə çex animasiyasına məxsus oynaqlığı dəqiq ötürə bilib".

 

Özünün izləyiciləri ilə paylaşan Filip Poşivaç özünün İnstagram səhifəsində ikinci festivalın mövzusu çex animasiyasına həsr olunduğunu qeyd edib: “Azərbaycana hansı motivi göndərəcəyimi götür-qoy edərkən, mənim Kolin şəhərindən olan keçmiş ayı-favoritlərim qalib gəldilər”, – Filip “Ey, cənab, gəlin oynayaq!”. O, həmçinin qeyd edir ki: “Mən ANİMAFİLM festivalının vizual həllini tapanda böyük sevinc hissi keçirdim”.

 

Festivalın direktoru plakatın qrafik dizaynını gənc və istedadlı Azərbaycan rəssamı Nəzrin Əlizadənin hazırladığını söyləyib.

R.Ağamalı İkinci beynəlxalq ANİMAFİLM festivalı bu ilin 18-20 oktyabr tarixində Bakıda keçiriləcəyini, müsabiqə proqramından başqa tamaşaçıları klassik çex animasiyasından ibarət müsabiqədənkənar zəngin proqram da gözlədiyini vurğulayıb. Bildirib ki, poqramı beynəlxalq jürinin tərkibinə də daxil olan çex dramaturqu Miroslava Yaniçatova tərtib edib.

 

Sonda onu da qeyd edək ki, çex proqramı barədə daha ətraflı məlumat yaxın vaxtlarda festivalın rəsmi www.animafilm.az saytında dərc olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Siyasətçinin oğlu ŞƏHİD OLDU

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

Bir sıra kəndlərimiz azad edilib

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”

"Jurnalistlərimiz öz missiyasını layiqincə yerinə yetirməlidir” - Müsahibə

Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” – Zəfər əmri!