"Ermənistanda Azərbaycan türklərinə və İslama aid minlərlə mədəniyyət ocağı dağıdılıb"

13:01 11-07-2019 | icon 79 | Siyasət
"Ermənistanda Azərbaycan türklərinə və İslama aid minlərlə mədəniyyət ocağı dağıdılıb"

Ermənistanın Azərbaycana qarşı təcavüzü, eyni zamanda İslama qarşı qərəzli mövqeyi bu ərazidə İslama aid mədəniyyət nümunələrinin tədricən məhvinə səbəb olub.

 

Versus.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunda deyib.

Onun sözlərinə görə, İslam Qafqazda yayıldığı dövrdə İrəvanda xanlığında (hazırkı Ermənistan ərazisi) da məscidlər olub. Hesablamalara əsasən, Ermənistanda Azərbaycan türklərinə və İslama aid minlərlə mədəniyyət ocağı dağıdılıb.

 

M.Qurbanlı əlavə edib ki, sovet dövründə dinə qarşı olan təzyiqlər bu sahədə bir boşluq yaratmışdı, islami dəyərlər, dinlə bağlı fikirlər arxa planda idi:

"Qafqazda İslam sivilizasiyasının yayılmasında Qafqaz Müsəlmanları İdarəsinin özünəməxsus rolu olub. Lakin bu proses yalnız müstəqillik illərindən sonra geniş həyata keçirilməyə başlanılıb. Azərbaycan müstəqilliyini yeni əldə edəndə ölkədə yalnız 17 məscid fəaliyyət göstərirdi. İndi isə Azərbaycanda 2500-dən çox məscid var".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

ALDP sədri avropalı diplomatla görüşüb

Füzulinin Soyuqbulaq Xatirələrindən 

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

"Məni telekanalların veriliş siyasəti çox narahat edir"

Cəbrayılovun şok telefon danışığı /audio/