"İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu

14:17 11-07-2019 | icon 78 | Gündəm
"İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu iştirakçılarına müraciət ünvanlayıb.

 

Versus.Az trend-ə istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu iştirakçılarına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müraciətini oxuyub.

Müraciətdə deyilir:

"Hörmətli simpozium iştirakçıları! Sizi ölkəmizin paytaxtı Bakı şəhərində salamlamaqdan məmnun olduğumu bildirir, hər birinizə ən səmimi arzu və istəklərimi yetirirəm. Etnik-mədəni müxtəlifliyi və təbii coğrafi zənginlikləri ilə dünyanın unikal guşələrindən olan Qafqazın son 1400 illik tarixi İslam dini ilə bağlıdır.

 

Azərbaycanda, o cümlədən Qafqazın müxtəlif bölgələrində bu dinə məxsus çoxsaylı maddi və qeyri-maddi mədəniyyət nümunələri İslam sivilizasiyasının regiondakı dərin köklərindən xəbər verir.

 

Bu gün Qafqazda yaşayan xalqların bir çoxunun mədəniyyətinin əsasını İslam dəyərləri təşkil edir. İslam 7-ci əsrin ortalarından etibarən Azərbaycanda yayılmağa başlayıb və ölkəmiz İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən birinə çevrilib. Xalqımız 100 illər boyu belə bir mədəni-mənəvi müstəvidə bəşəri fikir tarixinə böyük şəxsiyyətlər bəxş edib, dünya şöhrətli azərbaycanlı alim və mütəfəkkirlər, söz və sənət dühaları İslam mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmişdir. Tarixən olduğu kimi bu gün də Azərbaycanda islami dəyərlərin qorunmasına xüsusi əhəmiyyət verilir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 9-11 dekabr 1998-ci ildə "İslam sivilizasiyası Qafqazda” Beynəlxalq Simpoziumunun Bakıda keçirilməsi xalqımızın öz tarixi keçmişinə və milli-mənəvi dəyərlərinə bağlılığının bariz nümunəsi idi. 2017-ci ildə Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsi və IV İslam Həmrəyliyi oyunlarının Azərbaycanda keçirilməsi müasir narahat dünyamıza əmin-amanlıq və həmrəylik çağırışları kimi qiymətləndirilməlidir. Bir sıra ölkələrdə islamofobiyanın vüsət aldığı hazırkı dövrdə biz insanları birliyə, bərabərliyə, sülhə və tolerantlığa dəvət edən ümumbəşəri İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi, eyni zamanda mədəniyyətlərarası dialoq və əməkdaşlıq təşəbbüslərimizi bundan sonra da davam etdirəcəyik. "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun maraqlı və kostruktiv müzakirə şəraitində keçəcəyinə, Azərbaycanın, ümumilikdə Qafqazın İslam sivilizasiyasının inkişafındakı tarixi yerinin və rolunun araşdırılmasına yeni töhfələr verəcəyinə əminliyimi bildirir, toplantınızın işinə uğurlar arzulayıram".

 

Versus.Az

Xəbər lenti

Səfir: Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir (ÖZƏL)

"Türkiyədən Naxçıvana sadəcə bir Azərbaycan vətəndaşının deportasiya edildiyi bildirilib"

Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir

Mühüm siyasi qərar-“Əsrin müqaviləsi”

"QAFQAZ NEOLİTİ" təqdim edildi

Şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Strateji inkişaf yolunun başlanğıcı - “Əsrin müqaviləsi”

Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi

Nasirəddin şah Qacarın “bığlı arvadları”

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

Buraxın İqbal Ağazadəni kütlənin ixtiyarına – qoy öldürsünlər!

"Bəs Əli Kərimli niyə susur?"

İncəsənət, şou-biznes, dəb aləmi və iş sferasında ən yaxşılar

Sloveniya gimnastı: "Milli Gimnastika Arenasında hər şey gözəldir"

“Şeytanın qidası” adlandırılan tərəvəz haqqında bilmədikləriniz – Zərəri və faydaları

Bəhruz Quliyev: ""SƏS" İnformasiya Agentliyi 11 il ərzində ətrafında oxucu ordusu cəmləyib"

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

Qəbrin nurla dolsun şəhidim...

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”

"Bəs Əli Kərimli niyə susur?"

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

Mən sizə belə bir sirr açım...

Rəşid Hacılının paylaşımına REAKSİYA: 

ALDP bəyanat qəbul etdi - Video