Şagirdlər üçün yeni alternativ dərsliklər hazırlanacaq

15:26 12-07-2019 | icon 496 | Gündəm
Şagirdlər üçün yeni alternativ dərsliklər hazırlanacaq

Təhsil Nazirliyi orta məktəblər üçün ehtiyat dərsliklərin çeşidinin artırılması istiqamətində işləyir.

 

Versus.Az xəbərverir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, növbəti ildən etibarən tədrisi Azərbaycan dilində aparılmayan məktəblər üçün "Ana dili" və "Həyat bilgisi" yeni ehtiyat dərslik formatında hazırlanacaq.

 

C.Bayramov əlavə edib ki, ibtidai siniflərdə bir sıra əsas fənn - Ana dili, riyaziyyat və xarici dil dərsliklərinin yeni ehtiyat dərslik formatında hazırlanması istiqamətində işlər aparılıb:

"Artıq bir ildir ki, həmin dərsliklər Azərbaycanın 100 məktəbində sınaqdan keçirilir. Həmin dərsliklər sınaqdan keçirilərkən ölkədə bu sahədə fəaliyyət göstərən ekspertlər dəyirmi masalar keçirərək tövsiyələr verirlər. Təkmilləşdirilmiş dərsliklər yenidən ekspertizaya göndərilir. Yalnız bundan sonra ehtiyat dərsliklər istifadəyə veriləcək".

 

Nazirin sözlərinə görə, orta məktəblərdə tədris yükünün optimallaşdırılması istiqamətində müxtəlif təşəbbüslər
və tədbirlər həyata keçirilir:

"2018-2019-cu tədris ilində məktəbdaxili qiymətləndirmələrin sayı azaldılıb.
Təhsil Nazirliyinin kollegiyası tərəfindən böyük summativ qiymətləndirmələrin sayı siniflər üzrə əhəmiyyətli şəkildə azalıb. Hesab edirik ki, bu, ümumi dərs yükü həcminə müsbət təsir edir".

 

YELMAR
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər