Təlimçilərin bilik və praktik bacarıqlarının inkişaf etdirilməsi üçün növbəti təlim keçirilib

21:49 13-07-2019 | icon 397 | Cəmiyyət
Təlimçilərin bilik və praktik bacarıqlarının inkişaf etdirilməsi üçün növbəti təlim keçirilib

“Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində təşkil edilən növbəti təlim nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin təlimçi əməkdaşları üçün təşkil edilib.

 

Versus.Az yerli mətbuata istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, məqsəd dövlət məşğulluq xidmətlərinin daha innovativ və müasir səviyyədə təşkili sahəsində aparılan işlərin dəstəklənməsi olub. Bakı şəhərində və Göyçay rayonunda təşkil edilən 3 günlük təlimdə 11 əməkdaş iştirak edib. Beynəlxalq ekspertlər tərəfindən onlara müvafiq sahədə təlimçi kimi peşəkarlıq səviyyələrinin artırılması üçün bilik və bacarıqlar, yeni təlim metodologiyaları öyrədilib.

Təlimin sonunda iştirakçılara sertikatlar təqdim edilib. Onlar işaxtaranlar və işəgötürənlərlə işləyən yerli məşğulluq mərkəzlərinin digər əməkdaşlarına yüksək xidmət göstərmək üçün zəruri bilik və bacarıqları tədris edə biləcəklər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür