"Dağlıq Qarabağ münaqişəsinə diqqət də bununla bağlıdır"

00:55 14-07-2019 | icon 924 | Geopolitika
"Dağlıq Qarabağ münaqişəsinə diqqət də bununla bağlıdır"

“Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur”. Bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk Ermənistanda bəyan edib. BBC-nin məlumatına görə, çərşənbə günü baş nazir Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib ki, hər iki tərəf “təmkinlilik göstərməli və real danışıqlara xidmət edəcək ab-havanın bərpasına çalışmalıdırlar.

Qeyd edək ki, cənab Tusk İrəvandan əvvəl Bakıda olub və oxşar bəyanat verib. Prezident İlham Əliyevlə görüşü zamanı Tusk deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq yalnız siyasi yolla həll oluna bilər.

Sitat: “Aİ Azərvaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir. Regionda sabitlik barədə söz açarkən, biz həmçinin həll olunmayan Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Hərbi yolla həll yoxdur, yalnız beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq sadəcə siyasi nizamlanma yolu var. Aİ Minsk qrpunun həmsədrlərinin səylərini və Helsinki Yekun Aktının prinsiplərinə əsaslanan ədalətli və davamlı nizamlanma istiqamətlərini tam dəstəkləyir”.

Onun sözlərinə görə, Brüssel gərginliyin ümumi azalmasını dəyərləndirir. “Lakin həmsədrlər kimi biz də təmas xəttində bu yaxınlarda qurbanların olmasından narahatıq. Sülh və produktiv danışıqlar üçün səmərəli mühtin bərpasına imkan yaradan tədbirlərlə yanaşı təmkinli olmaq vacibdir. Aİ dəstəklənmə üzrə fəaliyyəti artıq dəstəkləyir və əhalıinin sülhə hazırlanması üzrə konkret tədbirlərə imkan yaratmağa hazırdır”, - Tusk əlavə edib.

Tusk ile ilgili görsel sonucu

Eyni zamanda AB yüksək rəsmisi təmsil etdiyi qurumun sülh prosesinə dəstəyindən də danışıb. O, AB-nin sülhə hazırlıq üçün konkret tədbirlər görməyə hazır olduğunu deyib.

Sitat: “Biz ümumilikdə gərginliyin azalmasını yüksək dəyərləndiririk, lakin təmas xətti boyunca son itkilər həmsədrlər kimi bizi də narahat edir. Güc tətbiq etməmək üçün təmkinli olmaq önəmlidir, lakin eyni zamanda, sülhə və səmərəli danışıqların aparılmasına imkan verən ab-havanın bərpasına yönəlmiş tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı artıq sülhün qurulmasına yönəlmiş fəaliyyətləri dəstəkləyir və xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərlə kömək etməyə hazırdır”.

Cənab Tusk İrəvanda olarkən həmçinin qeyd edib ki, Avropa İttifaqı Minsk Qrupu həmsədrlərinin səylərinə yardım göstərməyə, Helsinki Yekun Aktının əsas prinsiplərinə əsaslanaraq, ədalətli və uzunmüddətli həll axtarmağa davam edəcək.

Müşahidəçilərə görə, Avropa Birliyinin Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlaması əvvəlki illərdən bir qədər fərqlənib. Çünki adətən bir qayda olaraq AB Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarına müdaxilə etməyib. Bu münaqişə əsasən ATƏT Minsk Qrupu və 3 vasitəçi ölkənin - ABŞ, Rusiya və Fransanın - bir mənada inhisarında olub. Ancaq indi Avropa Birliyi rəsmisi münaqişənin həlli ilə bağlı daha konkret və real fikir bildirib, vasitəçilik təklif edib. Bu açıqlamalar nə ilə əlaqədardır? Avropa Birliyinin Qafqazda daha aktiv siyasət yürütməyə başlayır?

 

Versus.Az xəbər verir ki, məsələ ilə bağlı yerli mediaya açıqlama verən “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin sədri Həsən Oktay düşünür ki, bu açıqlamalar Avropa Birliyinin regionda fəal siyasət yürütmək planı ilə birbaşa əlaqəlidir. Ekspertin fikrincə, son dövrlərdə baş verənlər Avropa Birliyinin xüsusən də Cənubi Qafqaz regionunda aktivləşməsinin əlamətidir: “Avropa Birliyi son günlərdə dünyada strateji balansın dəyişdiyini əsas alaraq Qafqazda daha aktiv və təsirli siyasət aparmaq istəyir. Xüsusən də Ermənistanda hakimiyyət dəyişikliyindən sonra indi də Gürcüstanda anti-Rusiya ovqatının yüksəlməsi, Moskva əleyhinə küçə etirazları və televiziyadakı Putinə məlum təhqir bu bölgədə Rusiyanın mövqelərinin zədələndiyini göstərir”.

H.Oktay deyir ki, Avropa Birliyi bizim regionda aktivləşmək üçün hərəkətə keçib. Təbii ki, bu bölgənin ən həssas mövzusu olan Dağlıq Qarabağ münaqişəsinə diqqət də bununla bağlıdır: “Ermənistan və Gürcüstan hadisələrindən sonra oxşar kütləvi hərəkətliliyi Azərbaycanda da yaratmağı Qərb gözə ala bilməzdi. Amma bunun əvəzinə Azərbaycanın ən çox gündəmdə saxladığı Qarabağ münaqişəsi üzərindən hərəkətliliyini artıraraq bölgəyə daxil olmağa çalışır. Qarabağ mövzusunda Rusiyanın təsiri və imkanlarını bildikləri üçün məhz burdan başlayırlar. Yəni Rusiyanın ilk növbədə Qarabağ münaqişəsindəki təsirini azaltmaq, ya da ən azı münaqişənin həllindəki yeganə vasitəçi olmadığını göstərməklə Qafqazda rol əldə etməyə çalışacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

“Ludus”un təsisçisi Bakıda

Bu ilin ilk Günəş tutulması başa çatıb

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur