Partiya sədrindən AXC-nin yaranmasının 30 illiyi ilə bağlı TƏBRİK

12:51 14-07-2019 | icon 483 | Siyasət
Partiya sədrindən AXC-nin yaranmasının 30 illiyi ilə bağlı TƏBRİK

ALDP sədri Fuad Əliyev AXC-nin yaranmasının 30 illiyilə bağlı Azərbaycan xalqını təbrik edib.

 

Versus.Az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

 

"Azərbaycan Xalq Cəbhəsi (AXC) Azərbaycanın yenidən istiqlaliyyət, müstəqilliyinə qovuşmasında xalqla birlikdə mücadilə edib. Bu mücadilənin nəticəsində Azərbaycan mövqeyini, mübarizliyini, əzmkarlığını bir daha dünyaya bəyan edib. 

 

AXC  Azərbaycan xalqına azadlıq yolunu göstərdi və bu yolla inamla addımlamağı Azərbaycan gəncliyinə tövsiyə etdi. AXC 1992-ci ildə ölkədə hərbi, sənaye, iqtisadi, təhsil və digər sahələrdə təkrarolunmaz islahatlara imza atıb. AXC-nin bir illik hakimiyyəti dövründə qəbul edilən qərar, sərəncam və fərmanlar yalnız xalqın, millətin gələcəyinə, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin möhkəmlənməsinə yönəlib.

 

Bir daha istiqlalçılarımızı 30 illik yubileyləri münasibətilə təbrik edir, Azərbaycannın bütövləşməsi, qüdrətlənməsi, demokratiyanın bərqərar olunması, torpaqlarımızın işqaldan azad olunması yolunda həmrəy olmağımızı arzulayıram".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı