Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

13:32 14-07-2019 | icon 898 | Cəmiyyət
Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Müharibə görmüş dövlətlərin hər biri xarabalığa çevrilmiş şəhərlər, şəhidlər və böyük veteran ordusuyla üz-üzə qalır. Bu problemləri parkəndə şəkildə həll etmək çox çətindir. Bu səbəbdən təşkilatlar yaradılır. Bir nəfər lider seçilir və onun ətrafında həmfikir insanlar toplaşırlar. Bu təşkilatlar arasında ən çox öz həllini tapmamış problemləri olanlar, Veteran təşkilatlarıdır.



VƏTƏN NAMİNƏ canlarını fəda edən insanlara biganə münasibət, Veteran ordusunu daha da birgə fəaliyyət göstərməyə, həllini tapmamış məsələri həll etməyə yönəldir. Düzgün seçilmiş lider isə bu işdə böyük bir uğurdu.



Versus.Az Fedai.az-a istinadən xəbər verir ki, Füzuli müəllim 25-ildir ki, Veteranlarin problemlərini həlli üçün əzmlə çalişır. Çox çətindir ictimai əsaslarla hər hansi bir problemi həll etmək. Bu işlərlə məşğul olan insanlar çox gözəl bilirlər ki, məmurlarla baş-baş gəlib, Veteranın haqlı tələbini qanunla həllini tapması nə deməkdir? Bunun öhdəsindən gəlmək üçün özün də gərək Veteranların yaşadığını yaşayasan.



Füzüli müəllim 1986-cı ildə ADPU -nun ibtidai hərbi hazırlıq və idman fakültəsini bitirib. 1986-90-cı illər Bakı və Qarabağda məktəblərdə hərbi hazırlıq üzrə hərbi rəhbər işəyib.1991-ci il Milli Ordunun yaradılması üçün yığışan az saylı milli zabitlərimizdən biridir...



Döyüş yolu Sarısu, Todan, Manaşid, Buzluq, kəndlərinin düşməndən azad edilməsiylə başlayıb.

Əfsanəvi Şıxov batalyonun zabiti kimi ordumuzun formalaşdırılmasına çalışıb. Daşaltı əməliyyatında ən az itki verən dəstənin komandiri olub. Kəlbəcər və Laçın uğrunda gedən döyüşlərin iştirakçısı olub. Laçında 40 kəndin alınmasında xüsusi xidmətləri olub. Döyüşlər zamanı 1992-ci ildə yaralanıb və II qrup müharibə əlilidir. Yaralandıqdan sonra da xidmətini davam etdirib.



Füzuli Ədəb oğlu Rzaquliyevin gördüyü bu çətin və şərəfli iş Ali Baş Komandan cənab İlham Əliyev tərfindən dəyərləndirilib. Füzuli müəllim Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalıyla təitif edilib.

 

TƏBRİK EDİRƏM!

Siz bundan artığına layiqsiz.

Sadiq Qədirli
Müharibə veteranı
Dövlət üçün müstəsna xidmətləri olan insan

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı