Xan çinarın yaraladığı 4 nəfər Bakıya gətirilir

22:36 14-07-2019 | icon 737 | Hadisə
Xan çinarın yaraladığı 4 nəfər Bakıya gətirilir

"Bir qadın təcili tibbi yardım maşını, 3 nəfər isə helikopter vasitəsi ilə Bakıya göndəriləcək"

 

"Hadisə bu gün saat 12.00 radələrində baş verib və Dövlət Turizm Agentliyinin əməkdaşları hadisə barədə məlumat alan kimi Şəkiyə yollanıblar".

Versus. Az APA-ya istinadə bildirir ki, bunu Şəki Xan sarayında Xan çinarın budağı qırılması və 19 nəfər xəsarət alması barədə jurnalistlərin suallarını cavablandıran Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

F. Nağıyev hazırda digər müvafiq dövlət qurumlarının əməkdaşlarının da hadisə yerində olduğunu söyləyib: "Hadisə nəticəsində 19 nəfər xəsarət alıb. Xəsarət alanlardan 12 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər Rusiya, 5 nəfər Suriya vətəndaşıdır. Hazırda xəsarət alanların əksəriyyətinin vəziyyəti stabildir Fövqəladə Hallar Nazirliyinin helikopteri artıq Şəkidə aeroportdadır. Bakıdan təcrübəli mütəxəssislər Şəkiyə gəlib və məhz onlar xəsarət alanlardan neçə nəfərin Bakıya aparılmasına qərar verəcək".

Dövlət Turizm Agentliyinin sədri qeyd edib ki, xəsarət alan bir qadın təcili tibbi yardım maşını ilə Bakıya göndəriləcək: "Digər 3 nəfər isə helikopter vasitəsi ilə Bakıya göndəriləcək".

F. Nağıyev hadisə nəticəsində ölüm halının olması barədə yayılmış məlumatın həqiqəti əks etdirmədiyini nəzərə çatdırıb: "Bir nəfərin vəziyyəti ağırdır. Məsələ ilk dəqiqdən Prezident İlham Əliyevin şəxsi nəzarətindədir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol