“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

14:41 15-07-2019 | icon 359 | Siyasət
“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

“Rusiyanın ikinci böyük mobil operatoru MeqaFon növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə sayğısızlıq nümayiş etdirib. Beynəlxalq hüquqa, Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə məhəl qoymayan MeqaFon Ermənistan tərəfdən işğal edilən Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı öz xidmət xəritəsində müstəqil dövlət kimi göstərib. Şirkət Azərbaycanla Qarabağın guya fərqli ərazilər olduğunu vurğulamaq üçün danışıq tariflərini uyğun olaraq hər dəqiqə üçün 25 və 20 rubl müəyyən edib. Rusiya Azərbaycanlıları İttifaqı Rusiyanın ən nəhəng rabitə şirkətlərindən olan MeqaFonun bu qərarından hiddətləndiyini bildirir, baş verənləri erməni separatçılarının lehinə pravikasiya sayır, bu cür pravokasiyaların Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərəcəyindən narahatlıq keçirir”.

 

Versus.Az-ın məlumatına görə bu sözlər ötən gün Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovun adından yayılan bəyanatdandır.

 

Rusiyanın ən iri rabitə şirkətlərindən olan MeqaFon-un qərarına etiraz edən RAİ mobil operatoru beynəlxalq hüquq normalarına əməl etməyə çağırır:

”MeqaFon şirkətinə xatırlatmaq istəyirik ki, ərazisində hüquqi şəxs kimi fəaliyyət göstərdiyi Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, eyni zamanda Azərbaycanı özünün Güney Qafqazda ən etibarlı tərəfdaşı hesab edir.

Ölkələrimiz arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərini bir neçə həftə öncə Avropa Şurası Parlament Assambleyasında Rusiyanın yenidən qurum üzvlüyünə bərpasının müzakirələri bir daha sübut edib - Azərbaycanın AŞPA-dakı nümayəndə tam tərkibdə heyəti Rusiyanın quruma tam hüquqlu üzv kimi bərpasının lehinə səs verdi. Vurğulayaq ki, MeqaFonun Rusiya Federasiyasının dövlət maraqlarını aşaraq maraqlarına xidmət etdiyi Ermənistanın parlament nümayəndə heyəti üzvlərinin yarısı bu qərarının əleyhinə səs verib.

Biz, MeqaFon şirkəti rəhbərlərinin diqqətini 1997-ci il iyulun 3-də Azərbaycan prezidenti Heydər Əliyevlə Rusiya prezidenti Boris Yeltsinin imzaladığı “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, işbirliyi və təhlükəsizlik” Müqaviləsinə də yönəltmək istəyirik. Fikrimizcə, şirkətin Azərbaycan ərazilərini müstəqil dövlət kimi göstərmək pravokasiyası bu önəmli dövlət sənədinin ruhuna, eyni zamanda öhdəliklərini ziddir.

Biz MeqaFon rəhbərliyinin anti-Azərbaycan addımlarının arxasında nələrin dayandığından xəbərsizik. Görünür, şirkət rəhbərliyində Qarabağ separatçılarına simpatiya duyan şəxslər var ki, MeqaFon onların təsiri ilə iki ölkə arasında rəsmi qərarlarla təsdiq edilmiş öhdəlikləri pozaraq Dağlıq Qarabağı ayrıca ərazi vahidi kimi göstərib və oraya beynəlxalq danışıq tarifləri tətbiq edib. Rusiya Azərbaycanlıları İttifaqı baş verənləri yüksəlişdə olan Rusiya-Azərbaycan münasibətlərinə ziyan vurmaq ümün düşünülmüş addım sayır.

Bir daha mobil operator rəhbərliyinin diqqətinə çatdırırıq ki, Dağlıq Qarabağ Respublikası adlı dövlət yoxdur, dövlət kimi göstərilən ərazilər Azərbaycan Respublikasının Ermənistan tərəfdən işğal olunan əraziləridir. Beynəlxalq hüquq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi sayır və BMT-nin Ermənistan qoşunlarının işğal edilən Azərbaycan torpaqlarından, o sıradan Dağlıq Qarabağdan çıxarılması ilə bağlı bağlı 4 qətnaməsi var.

RAİ Rusiyada yaşayan azərbaycanlılar arasında yetərincə populyar olan mobil operatorun belə bir qərarından təəssüf hissi keçirdiyini də vurğulayır. Bu gün Rusiyada yaşayan, işləyən yüz minlərlə azərbaycanlı MeqaFonun abunəçisidir. Biz şirkət rəhbərliyini məsuliyyətə dəvət edir, beynəlxalq hüquq normalarına ziddi, iki ölkə arasında münasibətlərin sərinləşməsinə səbəb olan bu qərarın dərhal dəyişdirilməsini tələb edirik”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu