RAİ MeqaFon-u səhvini düzəltməyə məcbur edib 

15:33 15-07-2019 | icon 384 | Siyasət
RAİ MeqaFon-u səhvini düzəltməyə məcbur edib 

Rusiya Azərbaycanlılar İttifaqının (RAİ) operativliyi və qətiyyətli addımı nəticəsində Rusiyanın ikinci böyük mobil operatoru MeqaFon səhvini düzəldərək öz xidməti xəritəsindən müstəqil dövlət kimi təqdim etdiyi Dağlıq Qarabağın adını çıxarıb. 

Versus.Az xəbər verir ki, bu barədə yerli mediaya RAİ-dən bildirilib. 



Xatırladaq ki, bir müddət öncə MeqaFon növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə sayğısızlıq nümayiş etdirərək beynəlxalq hüquqa, Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə məhəl qoymayaraq Ermənistan tərəfdən işğal edilən Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı öz xidmət xəritəsində müstəqil dövlət kimi göstərib. Şirkət Azərbaycanla Qarabağın guya fərqli ərazilər olduğunu vurğulamaq üçün danışıq tariflərini uyğun olaraq hər dəqiqə üçün 25 və 20 rubl müəyyən edib. 



Bununla bağlı RAİ dərhal bəyanat verərək MeqaFon-u səhvini düzəltməyə məcbur edib. RAİ-nin bəyanatı öz səmərəsini verib və MeqaFon Qarabağın adını xidməti xəritəsindən çıxarıb. RAİ MeqaFon-u səhvini düzəltməyə məcbur edib - FOTO

 

Versus.Az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol