Tarixin simlərində

21:08 15-07-2019 | icon 103 | Mədəniyyət
Tarixin simlərində

Versus.Az Mirzə Fərəc haqda yazısı təqdim edir.

Tariximizdə iz qoymuş şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Tarixən yüksək musiqi mədəniyyətinə malik olan Azərbaycan zaman-zaman yetişən istedadlı musiqiçilərin vətəni olub. Heç şübhə yoxdur ki, milli musiqi sənətimizin ən mahir ifaçıları - istər səs, istərsə də, saz ustalarımız nəinki Azərbaycanda, hətta bütün Qafqazda və müsəlman Şərqində belə böyük şöhrət və hörmət qazanmışlar. Belə ustadlarımızdan biri də məşhur tarzən Mirzə Fərəc idi.

Fərəc Rza oğlu Rzayev 1847-ci ildə Bakı şəhərində doğulmuşdu. Kiçik yaşlarından valideynlərini itirmiş Fərəcin təlim-tərbiyəsi ilə xalası qızı Nazənin məşğul olmuşdu. Nazənin xanım məharətli nağara ustası olduğundan tez-tez Bakının qadın toylarına dəvət edilirdi. Kiçik Fərəc də onunla birlikdə bu el məclislərinə gedər, böyük maraqla xanəndələrə tamaşa edərdi. Nazənin xanım kiçik Fərəcdə tezliklə, musiqiyə olan marağı sezir və ona öz sənətinin sirrlərini öyrətməyə başlayır.

Mirzə Fərəc musiqi fəaliyyətinə 13-15 yaşlarından toylarda nağara çalmaqla başlayıb. Sonralar xalq məclislərində adlı-sanlı sazəndələrin çalıb-oxumalarını dinləyən gənc Fərəc tar sənətinə sönməz bir həvəslə bağlanır. O tezliklə, tar çalmağı öyrənir və ilk dəfə bir tarzən kimi bakılı xanəndə Baladadaş ilə birlikdə el məclislərində çıxış edir. Gənc tarzən eyni zamanda Məşədi Məlik Mənsurovun evində təşkil etdiyi musiqi məclislərinin fəal iştirakçılarından biri olur. O, bu məclisdə iştirak edən məşhur iranlı sənətkarlar - tehranlı kamançaçı Mirzə Səttar və şirazlı tarzən Əli ilə yanaşı, böyük ustad Sadıqcanın da ifasını dönə-dönə dinləyir. Gənc Fərəc Şərq musiqisini dərindən öyrənmək məqsədi ilə hətta bir müddət İranda da yaşayır. Burada fars və ərəb dillərini öyrənir.

Mirzə Fərəc müasirləri arasında məşhur musiqişünas kimi də tanınırdı. O, qədim musiqi tarixi ilə yanaşı, bütün muğamların tarixini, hissə və şöbələrini mükəmməl bilirdi.

Mirzə Fərəc xanəndələrdən Cabbar Qaryağdıoğlu ilə bir neçə il (1900-1905) əməkdaşlıq etmişdi. Şübhəsiz ki, Qaryağdıoğlu kimi böyük muğam ustası ilə sənət dostluğu Mirzə Fərəcə çox şey vermişdi. Məhz bu dövrdə Mirzə Fərəc nəinki Abşeronda, hətta bütün Azərbaycanda kamil tarzən kimi şöhrət tapmışdı. Qocaman tarzən xanəndəlik sənətindən söz düşən zaman həmişə Cabbar Qaryağdıoğlunun sənətini yüksək qiymətləndirir və öz tələbələrinə yaxşı sənətkar olmağın sirlərindən danışaraq deyərdi: 

 

"Kamil tarzən olmaq üçün nadir istedada, uzun və iti barmaqlara, samballı biliyə malik olımaq hələ o demək deyil ki, yaxşı sənətkar ola bilərsən. Muğamatı yaxşı bilmək üçün gərək heç olmasa, 5-10 il ustad xanəndə ilə çalıb-çağırasan. Mən sənət yollarında çox mahir xanəndələrə rast gəlmişəm və onlardan çox şey öyrənmişəm. Lakin Qaryağdıoğlunda olan qüdrətli səsi, bülbül cəhcəhinə bənzər zənguləni, təkrarolunmaz ustalığı heç kəsdə görməmişəm. Cabbarı oxudanda bir tarzən, həm də bir dinləyici kimi dincələrdim. Mən muğamatın dərinliyini və incəliyini yalnız Cabbarın sənətində görmüşəm.

Bax, buna görə də bir də demək istəyirəm: əgər istəyirsinizsə, ustad tarzən olasınız, Cabbar kimi hərtərəfli istedadı olan xanəndə ilə durub-oturun. Onda çox şey qazanarsınız".

 

Mirzə Fərəc 1905-ci ildən sonra Keçəçioğlu Məhəmmədin dəstəsinə qoşulur. O, Keçəçioğlunu bütün musiqi məclislərində və tədbirlərində müşayiət edir. 1907-ci ilin yanvarında ilk dəfə Bakıda təşkil olunmuş "Şərq gecələri"ndə Keçəçioğlu Məhəmmədi müşayiət edən Mirzə Fərəcin "Hümayun" muğamını məharətlə ifa etməsi bütün dinləyicilərin böyük rəğbətinə səbəb olur.

Azərbaycanın sovetləşməsindən sonra yeni yaradılmış Konservatoriya da olmaqla, bir çox musiqi məktəb və dərnəklərində tar dərsi verən Mirzə Fərəc neçə illər pedaqoji fəaliyyətlə məşğul olmuş, gənc tarzənlərə bu qədim musiqi alətinin sirrlərini öyrətmişdi. Onun ən istedadlı tələbəsi bir zamanlar özünün də fəal iştirakçısı olduğu musiqi məclislərinin təşkilatçısı Məşədi Məlikin kiçik oğlu görkəmli tarzən Mirzə Mənsur (Mənsurov) olub.

Onun musiqiyə bağlılığı ailəsinə də sirayət etmişdi. Görkəmli xanım bəstəkarımız Ağabacı Rzayeva babası Mirzə Fərəcin sənət yolunun layiqli davamçısı olub. Maraqlı nüanslardan biri də odur ki, Azərbaycanın ilk qadın bəstəkarı babasının istedadlı tələbələrindən biri olmuş Mirzə Mənsurun sinifini bitirib.

1927-ci ildə Bakıda vəfat etmiş Mirzə Fərəc ömrünün altmış ilini öz sədəfli tarı ilə milli musiqimizin tərəqqisinə və təbliğinə həsr etmiş, adını Azərbaycan tar ifaçılığı tarixinə qızıl hərflərlə yazmışdır. Onun zəngin və maraqlı sənət yolu hər zaman gələcək nəsillər üçün nümunə olaraq qalacaq...

istinadən tarzən Mirzə Fərəc haqda yazısı təqdim edir.

Tariximizdə iz qoymuş şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Tarixən yüksək musiqi mədəniyyətinə malik olan Azərbaycan zaman-zaman yetişən istedadlı musiqiçilərin vətəni olub. Heç şübhə yoxdur ki, milli musiqi sənətimizin ən mahir ifaçıları - istər səs, istərsə də, saz ustalarımız nəinki Azərbaycanda, hətta bütün Qafqazda və müsəlman Şərqində belə böyük şöhrət və hörmət qazanmışlar. Belə ustadlarımızdan biri də məşhur tarzən Mirzə Fərəc idi.

Fərəc Rza oğlu Rzayev 1847-ci ildə Bakı şəhərində doğulmuşdu. Kiçik yaşlarından valideynlərini itirmiş Fərəcin təlim-tərbiyəsi ilə xalası qızı Nazənin məşğul olmuşdu. Nazənin xanım məharətli nağara ustası olduğundan tez-tez Bakının qadın toylarına dəvət edilirdi. Kiçik Fərəc də onunla birlikdə bu el məclislərinə gedər, böyük maraqla xanəndələrə tamaşa edərdi. Nazənin xanım kiçik Fərəcdə tezliklə, musiqiyə olan marağı sezir və ona öz sənətinin sirrlərini öyrətməyə başlayır.

Mirzə Fərəc musiqi fəaliyyətinə 13-15 yaşlarından toylarda nağara çalmaqla başlayıb. Sonralar xalq məclislərində adlı-sanlı sazəndələrin çalıb-oxumalarını dinləyən gənc Fərəc tar sənətinə sönməz bir həvəslə bağlanır. O tezliklə, tar çalmağı öyrənir və ilk dəfə bir tarzən kimi bakılı xanəndə Baladadaş ilə birlikdə el məclislərində çıxış edir. Gənc tarzən eyni zamanda Məşədi Məlik Mənsurovun evində təşkil etdiyi musiqi məclislərinin fəal iştirakçılarından biri olur. O, bu məclisdə iştirak edən məşhur iranlı sənətkarlar - tehranlı kamançaçı Mirzə Səttar və şirazlı tarzən Əli ilə yanaşı, böyük ustad Sadıqcanın da ifasını dönə-dönə dinləyir. Gənc Fərəc Şərq musiqisini dərindən öyrənmək məqsədi ilə hətta bir müddət İranda da yaşayır. Burada fars və ərəb dillərini öyrənir.

Mirzə Fərəc müasirləri arasında məşhur musiqişünas kimi də tanınırdı. O, qədim musiqi tarixi ilə yanaşı, bütün muğamların tarixini, hissə və şöbələrini mükəmməl bilirdi.

Mirzə Fərəc xanəndələrdən Cabbar Qaryağdıoğlu ilə bir neçə il (1900-1905) əməkdaşlıq etmişdi. Şübhəsiz ki, Qaryağdıoğlu kimi böyük muğam ustası ilə sənət dostluğu Mirzə Fərəcə çox şey vermişdi. Məhz bu dövrdə Mirzə Fərəc nəinki Abşeronda, hətta bütün Azərbaycanda kamil tarzən kimi şöhrət tapmışdı. Qocaman tarzən xanəndəlik sənətindən söz düşən zaman həmişə Cabbar Qaryağdıoğlunun sənətini yüksək qiymətləndirir və öz tələbələrinə yaxşı sənətkar olmağın sirlərindən danışaraq deyərdi: 

 

"Kamil tarzən olmaq üçün nadir istedada, uzun və iti barmaqlara, samballı biliyə malik olımaq hələ o demək deyil ki, yaxşı sənətkar ola bilərsən. Muğamatı yaxşı bilmək üçün gərək heç olmasa, 5-10 il ustad xanəndə ilə çalıb-çağırasan. Mən sənət yollarında çox mahir xanəndələrə rast gəlmişəm və onlardan çox şey öyrənmişəm. Lakin Qaryağdıoğlunda olan qüdrətli səsi, bülbül cəhcəhinə bənzər zənguləni, təkrarolunmaz ustalığı heç kəsdə görməmişəm. Cabbarı oxudanda bir tarzən, həm də bir dinləyici kimi dincələrdim. Mən muğamatın dərinliyini və incəliyini yalnız Cabbarın sənətində görmüşəm. Bax, buna görə də bir də demək istəyirəm: əgər istəyirsinizsə, ustad tarzən olasınız, Cabbar kimi hərtərəfli istedadı olan xanəndə ilə durub-oturun. Onda çox şey qazanarsınız".

Mirzə Fərəc 1905-ci ildən sonra Keçəçioğlu Məhəmmədin dəstəsinə qoşulur. O, Keçəçioğlunu bütün musiqi məclislərində və tədbirlərində müşayiət edir. 1907-ci ilin yanvarında ilk dəfə Bakıda təşkil olunmuş "Şərq gecələri"ndə Keçəçioğlu Məhəmmədi müşayiət edən Mirzə Fərəcin "Hümayun" muğamını məharətlə ifa etməsi bütün dinləyicilərin böyük rəğbətinə səbəb olur.

Azərbaycanın sovetləşməsindən sonra yeni yaradılmış Konservatoriya da olmaqla, bir çox musiqi məktəb və dərnəklərində tar dərsi verən Mirzə Fərəc neçə illər pedaqoji fəaliyyətlə məşğul olmuş, gənc tarzənlərə bu qədim musiqi alətinin sirrlərini öyrətmişdi. Onun ən istedadlı tələbəsi bir zamanlar özünün də fəal iştirakçısı olduğu musiqi məclislərinin təşkilatçısı Məşədi Məlikin kiçik oğlu görkəmli tarzən Mirzə Mənsur (Mənsurov) olub.

Onun musiqiyə bağlılığı ailəsinə də sirayət etmişdi. Görkəmli xanım bəstəkarımız Ağabacı Rzayeva babası Mirzə Fərəcin sənət yolunun layiqli davamçısı olub. Maraqlı nüanslardan biri də odur ki, Azərbaycanın ilk qadın bəstəkarı babasının istedadlı tələbələrindən biri olmuş Mirzə Mənsurun sinifini bitirib.

1927-ci ildə Bakıda vəfat etmiş Mirzə Fərəc ömrünün altmış ilini öz sədəfli tarı ilə milli musiqimizin tərəqqisinə və təbliğinə həsr etmiş, adını Azərbaycan tar ifaçılığı tarixinə qızıl hərflərlə yazmışdır. Onun zəngin və maraqlı sənət yolu hər zaman gələcək nəsillər üçün nümunə olaraq qalacaq...

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Növbədənkənar seçkiləri labüd edən məqamlar

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

“Həyəcan” düyməsi

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

"Mənim ixtiyarım öz əlimdə deyil"

Ziya Bünyadov prospektində baş vermiş qəzada xəsarət alanların adları məlum olub

Xırdalanda ödəmə terminalı qarət olunub

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı

Azərbaycan idmançılarının da iştirak etdiyi döyüşlər başlayır