Qarabağ bölgəsindəki arxeoloji abidələr xəritələşdirilib

09:37 16-07-2019 | icon 469 | Qarabağ
Qarabağ bölgəsindəki arxeoloji abidələr xəritələşdirilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ bölgəsindəki arxeoloji, tarixi-memarlıq abidələrini xəritələşdirib.

 

Versus.Az trend-ə istinadən bildirir ki, "Qarabağ neolit-eneolit ekspedisiyası" Aran Qarabağ ərazisində - Xaçınçay-Tərtərçay vadisindəki 3 saylı Əmirli neolit dövrü yaşayış məskənində arxeoloji qazıntı işləri aparıb.

Qazıntılar nəticəsində 3 saylı Əmirli abidəsində neolit dövrünə aid mədəni təbəqənin qalınlığının təxminən 2 metr olduğu müəyyənləşdirilib. Memarlıq nümunələri dairəvi və oval plan quruluşa malik, samansız çiy kərpiclə inşa edilmiş yarımqazma və yerüstü tikililərdir. Abidədə multidisiplinar tədqiqatların aparılmasına da başlanılıb. Qədim yaşayış məskəninin mövcud olduğu dövrdə baş vermiş iqlim dəyişkənliyi və bu prosesin insanların həyat tərzinə necə təsir etdiyi haqqında dəqiq ümumiləşdirmələr aparmaq üçün müxtəlif dərinliklərdən torpaq nümunələri götürülüb. Həmin nümunələr əsasında Coğrafiya və Geologiya və Geofizika İnstitutlarının müvafiq laboratoriyalarında paleonoloji analizlər aparılacaq.

Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilmiş ərazilərində də arxeoloji kəşfiyyat işləri zamanı qeydiyyata alınmış abidələrin əksəriyyəti müharibə səbəbindən böyük dağıntılara məruz qalıb. Aparılan kəşfiyyat işləri nəticəsində onlarla müxtəlif dövrlərə aid arxeoloji, tarixi-memarlıq abidəsi qeydiyyata alınaraq xəritələşdirilib. Ekspedisiya tərəfindən aşkar edilmiş neolit dövrünə aid Horadiz yaşayış yeri ekspedisiyanın əsas tədqiqat obyekti olaraq seçilib, onun ərazisində topoqrafik ölçmə işləri aparılıb.

 

Növbəti tədqiqat mövsümündə burada geniş miqyaslı arxeoloji qazıntı işlərinin aparılması planlaşdırılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...