Qlobal Şuşa Forumunda verilən mesajlar nəyi diqtə edir?

18:00 25-07-2023 | icon 989 | Siyasət
Qlobal Şuşa Forumunda verilən mesajlar nəyi diqtə edir?

Ramil Hüseynov: "Bu gecikmələr Ermənistanın ziyanına işləyir"

 

"Prezident hər çıxışında və verdiyi bəyanatlarda sulh müqaviləsinin imzalanması, erməni xislətinin reallığı anlaması mesajını verir və o cümlədən prosesdə maraqlı olan tərəflərin qarşısında ciddi siyasi strategiya qoyur".

 

Bunu Versus.az-a Yeni Xətt Müstəqil Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Qlobal Şuşa Forumunun əhəmiyyəti, oradan dünyaya verilən mesajlarla bağlı açıqlamasında bildirib.

 

 

Siyasi ekspert hesab edir ki, ağıllı erməni varsa reinteqrasiya prosesinə daha tez qoşulmalıdır. Çünki bu, gələcəkdə ermənilərin Qarabağda yaşamaq hüququnu əldə edə bilməsi üçün son şansları ola bilər. Əks təqdirdə separatçılıq, işğalçılıq siyasi xətti ilə hərəkət edən Ermənistan özünün varlığını, gələcəyini təhlükə altına atır:

 

“Biz bu gün hərbi, iqtisadi, siyasi baxımdan regionda diqtə edən tərəfik. Bu reallığı Azərbaycanın Ordusu və diplomatiyası 2020-ci ildə yaratdı. Bu reallığı bərpa etmək üçün dövlətin müyyən strukturları və ali rəhbərliyi uzun müddət iş apardı. 30 il erməni terroruna, erməni təhqirinə, vandallığına dözdük. Sonda, əslində onların kim olduğunu bəşəriyyət üçün necə bir xəstə, təhlükəli təfəkkürə malik cinayətkar ölkə olduğunu üzə çıxartdıq”.

 

R.Hüseynov hesab edir ki, bu gün ermənilərlə dialoq, danışıqlar prosesi dövlətimizin maraqlarına uyğun şəkildə davam etdirilir. Bu proses ölkə ictimaiyyətinin diqqətini açıq şəkildə çəkəcək bir formada görünməsə də, siyasi proseslərin gedişini diqqətlə izlədikdə bunu müşahidə etmək olur:

 

“Əgər ermənilər təkliflərimizi qəbul etməsələr və danışıqlar prosesindən özlərinə uyğun formada yayınsalar, bu, bizə öz ərazimizdə təmizləmə əməliyyatının başlanmasına, torpaqlarımızda vətəndaşlarımızın yaşamasına zəmanət və təminat yaratmağımız üçün hüquqi əsaslar verir. Ərazi bütövlüyümüzü bərpa etmək bizim haqqımızdır və biz bunu tez bir zamanda həll edə bilərik. Torpaq bizimdir və öz torpaqlarımızda hansısa addımların, əməliyyatların aparılmasına heç kim məhdudiyyət qoya bilməz”.

 

R.Hüseynov eyni zamanda bildirib ki, Qarabağda qalan ermənilər müstəqil qərar verib, sülh sazişinin ərsəyə gəlməsində konkret addımlar atmaq iqtidarında deyil. Bu da anbaan erməni xalqının, Ermənistan dövlətinin ziyanına işləyir:

 

“Eyni zamanda dialoq prosesinə maneələr yaradan yaxın qonşularımız və Avropada müəyyən qaranlıq keçmişə malik və riyakar politoloji effektləri özündə çəmləşdirən quvvələr var. Amma hesab edirəm ki, bu çox qeyri-siyasi və ədəbsiz yanaşmadır”.

 

Ekspert bu kimi halların regiona təsirsiz ötüşmədiyini qeyd etməklə yanaşı, bunun yalnız müəyyən proseslərdə ləngimə yarada biləcəyini bildirib. Onun fikrincə, artıq dünyada söz sahiblərinin və xüsusən də Azərbaycanın siyasi rəhbərliyinin yanaşması regionumuzun gələcəkdə çox ciddi çiçəklənmə yaşamını diqtə edir:

 

“Çünki dünyada yaradılan yeni siyasi dizaynda ciddi siyasi, iqtisadi, sosial və hərbi lahiyələrin strateji həlli qərarı artıq verilib”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

İncəsənətimizin RAMİZİ…

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı