Sanksiyalara baxmayaraq Türkiyə Aralıq dənizində kəşfiyat işlərini davam etdirəcək

21:38 16-07-2019 | icon 384 | Dünya
Sanksiyalara baxmayaraq Türkiyə Aralıq dənizində kəşfiyat işlərini davam etdirəcək

Avropa İttifaqının (Aİ) sanksiyalarına baxmayaraq Türkiyə Aralıq dənizinin şərqində kəşfiyat işlərini aparmağı dayandırmayacaq. Versus.Az-ın məlumatına görə, belə bəyanatla Türkiyənin Xarici İşlər Nazirliyi çıxış edib.

 

Nazirliyin məlumatında daha sonra qeyd edilir ki, Aİ-nin sanksiyaları bir daha İttifaqın Türkiyəyə qarşı ikili standartlar yürütdüyünü göstərir.

Qeyd edək ki, ötən gün Aİ Kiprin xüsusi iqtisadi zonasında qazma işlərinin aparılmasına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edib . Bu barədə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərininiclasının yükunları üzrə qəbul edilən bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Türkiyənin qanunsuz qazma işlərini davam etdirməsi və yeni fəaliyyəti fonunda Şura Hərtərəfli Hava Nəqliyyatı haqqında Sazişin imzalanması üzrə danışıqların dayandırılması, o cümlədən Assosiasiya Şurasının və Aİ və Türkiyə arasında yüksək səviyyəli dialoq üzrə gələcək iclasların keçirilməməsi barədə qərar qəbul edib".

 

Bundan əlavə, Aİ Ankaraya qarşı məhdudlaşdırıcı tədbirlər də tətbiq edir: "Şura Avropa Komissiyasının 2020-ci il üçün Türkiyəyə maliyyə dəstəyinin azaldılması barədə təklifini təqdir edir, həmçinin Avropa İnvestisiya Bankına Türkiyədəki kredit fəaliyyətini yenidən nəzərdən keçirməyə dəvət edir".

Həmçinin Aİ Şurası vurğulayır ki, Brüssel Ankaraya qarşı yeni sanksiyalar hazırlamağa davam edəcək: "Şura bu məsələ ilə məşğul olmağa davam edir və Ai Şurasının 20 iyun tarixli yekunlarına uyğun olaraq Ali nümayəndəyə (Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini) və Avropa Komissiyasına Türkiyənin Şərqi Aralıq dənizində davam edən qazma fəaliyyəti fonunda məqsədli tədbirlərin variantları üzərində işi davam etdirməyi təklif edir. Şura hadisələrin gedişini diqqətlə izləyəcək və zərurət yaranarsa, bu məsələyə qayıdacaq".

 

Versus.Az

 

Versus.Az

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI