“İdrakın üfüqləri”

22:06 16-07-2019 | icon 664 | Ədəbiyyat
“İdrakın üfüqləri”

Dahi Azərbaycan bəstəkarı, musiqişünası, ictimai xadimi Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi-fundamental əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb.

Versus.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, kitabda Ü.Hacıbəylinin adı çəkilən əsəri ilə yanaşı, elmi və publisistik məqalələri, ümummilli lider Heydər Əliyevin, həmçinin görkəmli musiqi xadimlərinin dahi bəstəkar haqqında çıxışları, məqalələri də toplanıb. Kitabın tərtibçisi Tariyel Məmmədovdur.

Hıəmçinin Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının “Azərbaycan aşıq ədəbiyyatı” kitabı Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb.

Aşıq sənətinin milli tarixi səciyyəsi, ustad aşıqların ömür və sənət yolu barədə çoxsaylı elmi oçerklərdən ibarət kitab elmi ictimaiyyət, söz-sənət mühiti və tədris sistemi üçün nəzərdə tutulur.

 

Filologiya elmləri doktoru, nəzəriyyəçi ədəbiyyatşünas, Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadənin “İdrakın üfüqləri” kitabı Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb.

Kitabda türkçülük məfkurəsi haqqında “Türkçülük”, mütəfəkkir tənqidçi, ədəbiyyatşünas Yaşar Qarayevin ədəbi tarixi mövqeyi və nəzəri görüşləri barəsində “İdrakın üfüqləri”, müasir ədəbi tənqidin estetik problemlərinə həsr olunmuş “Tənqiddə meyarsızlıq sindromu” araşdırmaları və müxtəlif mövzularda ədəbi-fəlsəfi yazılar yer alıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin