İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe

22:57 16-07-2019 | icon 529 | Siyasət
İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe

"Keşikçidağda baş verən hadisə dövlətimiz üçün yaxşı hal deyil. Sərhəd qoruyan bir əsgərimizə hücum edib silahının əlindən alınaraq, videoçəkiliş edilib paylaşılması gizli mətləblərdən xəbər verir".

 

Versus.Az xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfirliyinə müraciətində Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. 

 

Partiya sədri Dövlət Sərhəd Xidmətinin rəhbər strukturlarının bu məsələlərdə günahkar olduğunu da qeyd edib.

"Zamanında əsgər və zabitlər təlimatlandırılmalı, ekstremal vəziyyətdə mülki şəxslərlə sərhəd zolağında davranış qaydaları və provokasiyalara yanaşma tərzləri onlara izah edilməli idi. Hər bir halda bu məsələdə DSX məsuliyyət daşıyır".

 

İ.Ağazadə bəyan edib ki, Xarici İşlər Nazirliyi tərəfindən baş verən hadisə əsasında xüsusi nümayəndə heyəti Gürcüstana ezam olunmalı və Gürcüstan tərəfini üzr istəməyə qədər addım atmağa məcbur etməlidir.

"Respublika Prokurorlugu cinayət işi qaldıraraq, əsgərimizin silahını əlindən alan şəxsin məsuliyyətə cəlb olunmasınl təmin etməli, cinayət işini təqib edərək, cinayətkarların layiqli cəza almasına çalışmalıdır.

İctimaiyyət nümayəndələri, siyasi partiyalar və təşkilatlar xalqı sakitliyə çağırmalı, Gürcüstanın siyasi institutlarına müraciət olunmalı və provokasiyaları dayandırmaq istiqamətində addımlar atmalarını tələb etməlidirlər.

Milli Məclisin Gürcüstan - Azərbaycan Dostluq Qrupunun üzvləri də bu ölkəyə səfərə gedərək, gürcü həmkarları ilə görüşməli və birgə mətbuat konfransı keçirərək, provokasiyaya gedənlərin qanun qarşısında məsuliyyətini Gürcüstan ictimaiyyətinə çatdırmalıdırlar.

Və nəhayət... Xalqımız bu hadisənin gerçək mahiyyətinin bəzi dövlətlərin xüsusi xidmət orqanlarının provokasiyası olduğunu qəbul edərək emosional davranmamalı, çağırış və bəyanatlarında təmkinli olmalıdırlar.

Bu ilk hadisə deyil. Neft Akademiyasındakı terror, Gəncə hadisələri, yanğınlar və s. tipli hadisələr də məlum dövlətlərin provokasiyası idi. Hələlik, bunların durdurulmasına gücümüz çatmır. Lakin bizə qarşı düzənlənən hadisə və provokasiyaların mahiyyətini bilməklə birlik və bərabərliyimizi nümayiş etdirib Azərbaycanımızı qorumalıyıq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu