Əli Həsənovun elmi kitablarının ağırlığı qədər olmayan müftəkirlər

23:35 23-03-2018 | icon 921 | Kürsü
Əli Həsənovun elmi kitablarının ağırlığı qədər olmayan müftəkirlər

 

NAHİD CANBAXIŞLI
/Veteninfo.az İA-nin baş redaktoru/

 

 

Əli Həsənovun Azərbaycan dövlətinin maraqlarından irəli gələn və regional-beynəlxalq münasibətlər sisteminin təhlili, Azərbaycan həqiqətlərinin təbliği yönündə yazmış olduğu elmi kitabların ağırlığı qədər olmayan müftəkirlərin dövlət adamını hədəf almaları göstərir ki, bu başıpozuq dəstə eyni qaynaqdan aldıqları sifarişlərin icraçılarıdırlar.

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi və İctimai-Siyasi şöbənin rəhbəri, tarix elimləri doktoru, professor Əli Həsənovun təkcə 8 dildə çap edilən "Xocalı Soyqırımı Səbəbləri, Nəticələri və Beynəlxalq Aləmdə Tanınması" fundamental əsəri dövlətimiz və millətimiz adına Azərbaycan həqiqətlərinin tanıdılmasına ən böyük töhfhədir. Bu gün bir neçə özünübilməzin, müxtəlif xarici kəşviyyat orqanının tələsinə düşərək dövlət adamına qarşı bütün mənəvi və əxlaqi dəyərləri tapdalayaraq sosial şəbəkələrdə hücuma keçməsi göstərir ki, bu naqis və dəyərlərdən kəmlər açıq-aşkar düşmənçilik toxumlarını əkməkdə israrlıdırlar.

 

Azərbaycanın müstəqillik əldə etdikdən sonra ümumi siyasi palitrasına nəzər saldıqda, bu günə kimi siyasət meydanında olanların hər hansı bir şəkildə bir-birlərinə təhqiredici bir şəkildə yanaşdığının şahidi olmadıq. Azərbaycanın sabiq prezidnetləri Heydər Əliyev və Əbülfəz Elçibəyin bir-birlərinə hansısa bir təhqiredici fikir bir yana qalsın, yüksək tonda danışdığının belə şahidi olmadıq. Milli Məclisin ən zəhimli millət vəkillərindən olan və fikirləri ilə hər zaman siyasət meydanını silkələyən YAP-nın yaradıcılarından olan Fərəməz Maqsudovun parlament müstəvisində müxalifətdən olan İsa Qəmbərə, Etibar Məmmədova, Şadman Hüseynova, Mirmahmud Mirəlioğluna və adların çəkə bilmədiklərimə qarşı hansısa bir təhqiredici fikirlər səsləndirdiklərini kim deyə bilər?

 

Hər zaman mənəvi dəyərlərə sayğı ilə yanaşan Azərbaycan ziyalısı, siyasət meydanında olan siyasətçilər bu dəyərləri qorudurlar. Amma görünür sosial şəbəkələrdə "qəhraman"olmaq istəyənlər bu siyasətçiləri görmədiklərindən əxalqi və mənəvi dəyərləri tapdalayaraq Avropaya göndərdikləri bu naqislər vasitəsi ilə dövlət adamalrına təhqir və söyüş yağdırmağı üstün tuturlar.


Azərbaycanın müxalifət düşərgəsindən xaricə üz tutan yüzlərlə ziyalı tanıyıram və onların bu günə kimi əxlaqdan kənar hansısa bir açıqlamasının şahidi olmadıq.

 

Çox istərdik ki, Azərbaycanın müxalifət düşərgəsindən İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Etibar Məmmədov, İqbal Məmmədov, Pənah Hüseyin ən azından öz mövqelərini ortaya qoysunlar və bu ağıldan kəmlərə başa salsınlar ki, onların getdiyi yol yol deyil. Onlar Azərbaycanın dövlət adamlarına qarşı bütün mənəvi və əxlaqi dəyərləri tapdalayaraq hücum etmələri müxaliftəçilik anlayışından uzaq, düşmən dəyirmanına işləyən bir hərəkətlərdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı