"Bu hakimiyyət küçə davranışlarını siyasətə gətirmir"

15:23 24-03-2018 | icon 610 | Gündəm
"Bu hakimiyyət küçə davranışlarını siyasətə gətirmir"

 “Hakimiyyət sizin söyüşlərinizdən sarsılacaq qədər zəif və aciz deyil”

 

“Ölkə xaricindəki bəzi azərbaycanlılarımız bizləri öz uğurlari ilə sevindirmək əvəzinə, feysbuk üzərindən Azərbaycana söyüş "ixrac" etmək uğrunda rüsvayçı yarışa girişiblər”.

 

Versus.az-ın məlumatına görə, bunu özünün “facebook” səhifəsində Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov yazıb. Partiya sədri sosial şəbəkədə müraciətlə çıxış edib. Müraciətdə deyilir:

 

“Əziz soydaşlarım!

Son vaxtlar ölkə siyasətində və xüsusən də ən geniş virtual siyasət məkanlarından biri sayılan feysbuk sosial şəbəkəsində heç də xoşa gəlməyən meyllər, tendensiyalar diqqəti cəlb etməyə başlayır. Söyüş siyasət predmetinə, siyasi mübarizə vasitəsinə çevrilir. Ölkə xaricindəki bəzi azərbaycanlılarımız bizləri öz uğurları ilə sevindirmək əvəzinə, social şəbəkə üzərindən Azərbaycana söyüş "ixrac" etmək uğrunda yarışa girişiblər. Onlar ölkə başçısına, onun köməkçisinə və bir sıra digər vəzifəli şəxslərə qarşı ünvanladıqları söyüş və təhqirlərin miqyasını gün-gündən genişləndirməyə çalışırlar”.

 

İstər DADP sədri, istər sıravi vətəndaş, istərsə də Qarabağ qazisi kimi siyasəti söyüş meydanına çevirənlərə qəti etirazını bildirən Ə.Hüseynov mübarizənin söyüşlə aparılmasını həmin adamların zəifliyindən, qorxaqlığından irəli gəldiyini vurğulayıb:

 

“Söyüşləri yığışdırın, bəylər! Ölkə rəhbərliyinə qarşı söyüşlər yağdırmağınız problemlərin həlli yolu deyil. Əksinə, atdığınız addımlar "bumeranq effekti" verir. Siz söydükcə, sizdən narazı qalanların sayı çoxalır. Nəzərə alın ki, bu ölkənin vətəndaşları arasında sizə tərəfdar çıxan, sizinlə həmrəy olduğunu bildirən vətəndaşlar olduğu kimi, bu hakimiyyətin, konkret olaraq İlham Əliyevin dəstəkçiləri çoxdur. Mən sizin sevimli sözünüz olan "troll" adı altında fəaliyyət göstərən hansısa şəxslərdən danışmıram. Mən İlham Əliyevi, onun yürütdüyü siyasəti açıq şəkildə dəstəkləyən çoxlu sayda real insanlardan danışıram. Həmin insanlardan biri də mənəm. Mən İlham Əliyevin tərəfdarlarından biriyəm. Ölkədə mənimlə eyni mövqedən çıxış edən insanlar çoxdur. Və sizlər qeyri-etik davranışlarınızın, söyüşlərinizin "doza"sını gün-gündən artırdıqca, bizim öz mövqeyimizin doğruluğuna əminliyimiz bir az da artır. Biz sizləri hazırki hakimiyyətlə müqayisə edirik və istər-istəməz üstünlüyü hakimiyyətə veririk. Bu hakimiyyət sizdən fərqli olaraq öz rəqibləri ilə söyüş dili ilə danışmır. Bu hakimiyyət küçə davranışlarını siyasətə gətirmir. Bu hakimiyyətin sözçüləri söyüşlərinizə söyüşlə cavab vermir. Bu hakimiyyətin ən önəmli fiqurlarından biri - Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sizin söyüşkənliyinizə, küçə mədəniyyətinizə qarşı hədsiz dərəcədə təmkin və nəzakətlə reaksiya verir və hər şeyə rəğmən sizi bir daha sivil mübarizə prinsipləri çərçivəsində fəaliyyət göstərməyə çağırır. Lakin siz sanki bir qədər də ruhlanaraq Azərbaycan hakimiyyətinə qarşı "səlib yürüşü"nüzün (daha doğrusu, "söyüş yürüşü"nüzün) şiddətini bir qədər də artırmağa çalışırsınız. Yadda saxlayın ki, sizin bu yürüşünüz təkcə Azərbaycan hakimiyyətinə qarşı yox, həm də bütövlükdə Azərbaycan xalqına qarşı yönəlib. Çünki bu xalqın əksər nümayəndələri, bu xalqın bütün mədəni insanları sizin söyüş taktikanızı şiddətlə qınayır və siyasəti söyüşxanaya çevirməyinizi əsla qəbul etmirlər. Siz sizin 1 qəpiklik söyüşlərinizdən bayılan, feysbuk paylaşımlarınızın altındakı şərhlərində sizə təriflər yağıran və sizin söyüş söyməyinizi az qala qəhrəmanlıq kimi dəyərləndirən bəzi tərəfdarlarınıza baxıb da düşünməyin ki, bütün Azərbaycan xalqı sizin mövqeyinizi dəstəkləyir. Xeyr, özünüzü aldatmayın, bəylər! Və dünyanı da həm özünüzə, həm də Azərbaycana güldürməyin”.

 

DADP sədri bildirib ki, dünya siyasət tarixində hər hansı bir müxalif qüvvənin öz ölkəsinin hakimiyyətinə qarşı mübarizə vasitəsi kimi söyüşdən istifadə etməsi, söyüşlərin effektinə ümid etməsi kimi rəzil və rüsvayçı bir təcrübə yoxdur:

 

“İntellektiniz yalnız buna çatırsa, demək ki, siz çox zəif və acizsiniz. Azərbaycan hakimiyyəti isə söyüşlərinizdən sarsılacaq qədər zəif və aciz deyil. Odur ki, nə qədər ki, gec deyil, düşünün!”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…