Millət vəkili Fransanın Əmək naziri, tanınmış qadın siyasətçilər və təşkilat rəhbərləri ilə görüşüb

16:41 17-07-2019 | icon 380 | Siyasət
Millət vəkili Fransanın Əmək naziri, tanınmış qadın siyasətçilər və təşkilat rəhbərləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Fransanın əmək naziri Muriel Penicaud və Fransanın fəal qadın lider və siyasətçilərindən olan sabiq Təhsil, Ali Təhsil, Araşdırmalar və Qadın haqları, şəhər məsələləri, Gənclər və İdman naziri işləmiş xanım Najat Vallaud-Belkacem və Fransanın bir sıra fəal qadın təşkilat rəhbərləri ilə görüşüb.

 

Versus.Az-ın məlumatınagörə, görüşlər zamanı Azərbaycan-Fransa münasibətlərinin, eləcə də iki ölkənin parlamentlərarası münasibətlərinin inkişafı xüsusi məmnunluqla qeyd edilib. Bu münasibətlərin inkişafında Azərbaycan-Fransa parlamentlərarası Dostluq Qrupunun rəhbəri olmuş, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın rolu, onun Azərbaycan tarixi, mədəniyyəti və həqiqətlərinin Fransa ictimaiyyətinə daha geniş çatdırılması sahəsində, Azərbaycan-Fransa mədəniyyət əlaqələri də daxil olmaqla bütün istiqamətlərdə gördüyü önəmliişlər xüsusi vurğulanıb.

 

Q.Paşayeva Fransanın əmək naziri Muriel Penicaud və Fransanın fəal qadın lider və siyasətçilərindən olan sabiq Təhsil, Ali Təhsil və Araşdırmalar və Qadın haqları, şəhər məsələləri, Gənclər və İdman naziri işləmiş xanım Najat Vallaud-Belkacem və Fransanın bir sıra fəal qadın təşkilat rəhbərlərinə Azərbaycanda qadın haqları, qadınların cəmiyyətdə rolunun genişlənməsi istiqamətində görülən işlər,Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə həyata keçirilən önəmli layihə və islahatlar, əldə edilən uğurlar, Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyət zənginliyi, multukultural dəyərlərə sahibliyi ilə  bağlı, xüsusilə Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib.

Millət vəkili Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı məcburi köçkün qadınlar barədə də danışıb.

 

Q.Paşayeva onlara görüşlərin sonunda onlara Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib və onları ölkəmizə dəvət edib. 

 

Azərbaycanla əməkdaşlığa önəm verdiklərini deyən Fransanın əmək naziri Muriel Penicaud və Fransanın fəal qadın lider və siyasətçilərindən olan  sabiq Təhsil, Ali Təhsil, Araşdırmalar və Qadın haqları, şəhər məsələləri, Gənclər və İdman naziri işləmiş xanım Najat Vallaud-Belkacem və Fransanın bir sıra fəal qadın təşkilat rəhbərləri Azərbaycanla əməkdaşlığın daha da genişlənməsini vacib saydıqlarını və bu istiqamətdə əlaqələrin və işlərin daha da genişlənəcəyini deyiblər.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol