Yəhudilərdən müsəlmanlara gözlənilməz jest

19:47 17-07-2019 | icon 374 | Dünya
Yəhudilərdən müsəlmanlara gözlənilməz jest

Yeni Zelandiyanın Kraystçörç şəhərində dörd ay əvvəl iki məsciddə törədilmiş terror aktlarında 51 müsəlman həyatını itirmişdi. Dinlərarası həmrəylik nümayiş etdirən dünyadakı yəhudi icmaları bu vəhşi insidentin qurbanlarının ailələrinə və sağ qalanlara yardım üçün aksiya keçiriblər.

 

Versus.Az xəbər verir ki, ABŞ, Kanada, Sidney və Yeni Zelandiyanın yəhudi icmaları aksiya çərçivəsində toplanan 1 milyon dolları Kraystçörç Şəhər Şurasına təhvil veriblər. Yəhudi icmalarının bəyanatında bildirilir ki, Pittsburq şəhərindəki sinaqoqa, Kvebek şəhərindəki məscidə, Çarlstoundakı kilsəyə və Kraystçörçdə məscidlərə edilən silahlı hücumlar bütün insanlığa qarşı törədilmiş ağır cinayət əməlləridir.

 

Yəhudi və müsəlman liderlər birlikdə Kraystçörç sinaqoqunda və terror aktı törədilmiş məscidlərdə olublar. Şəhər Şurasının nümayəndəsi Pol Devoll yəhudi icmalarının yardımını nəcib addım adlandırıb. Onun sözlərinə görə, müxtəlif dinlərin təmsilçiləri arasında bu cür həmrəylik nümunələri insanların bir-birinə yaxınlaşmasına kömək edir.

 

Yeni Zelandiya müsəlmanlarının rəhbəri Şeyx İbrar vurğulayıb ki, yəhudi icmalarının dəstəyi çox güclü mənəvi addımdır. O əlavə edib: “Yəhudi qardaş və bacılarımızın bu faciəni bizimlə birgə yaşaması, onların göstərdikləri dəstək müsəlmanlar üçün çox mühümdür”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı