İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

14:54 18-07-2019 | icon 3090 | Siyasət
İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

"ABŞ nümayəndələr palatasının " Dövlət müdafiəsi haqqında " qanuna etdiyi dəyişikliyə görə sərhədləri pozan mülki təyyarələri vurmaq qadağan edilir. Bu dəyişiklik Xankəndindən qeyri - qanuni uçuşlar təşkil edən qondarma respublikaya əlavə imkanlar verir."

 

Versus.Az xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə bu yaxınlarda ABŞ Konqresində işğalçı Ermənistanın və Qarabağdakı qondarma rejimin maraqlarını özündə ehtiva edən sənədin qəbul olunması ilə bağlı narahatlıq doğuran nüanslara toxunarkən bildirib.

Qeyd edək ki, söhbət ABŞ-ın Nümayəndələr Palatası xarici əlaqələr komitəsinin üzvü, ermənipərəst konqresmen Bred Şermanin iyunun 25-də Azərbaycanın hücum  imkanlarını gücləndirməsinə mane ola biləcək bir dəyişiklik təqdim etməsindən gedir. Təşəbbüs Bakının Xankəndində yerləşən hava limanına uçacaq mülki aviasiya vasitələrinə təhlükənin qarşısını almağı hədəfləyir. Belə ki, dəyişiklik qəbul ediləcəyi halda, ABŞ-ın Azərbaycana Xankəndinə qanunsuz uçan mülki təyyarələri vura biləcək silah satmasına qadağa qoyulacaq. 

 

İqbal Ağazadə bildirib ki, əgər bu gün hava məkanına və uçuşlara nəzarət etmək imkanımız yoxdursa, demək, sabah düşmən hərbi yüklərini də sərbəst daşıya biləcək. Partiya sədri məsələnin ciddiliyinivə aktuallığını rəsmilər və ictimaiyyət qarşısında önə şəkib:

 

"Bir dəfə iqtidara bu mövzuda çağırış etmişdim, bir daha səslənirəm: İşğal olunmuş Azərbaycan torpaqlarında qeyri - qanuni məskunlaşma üçün Ermənistan tərəfi evlər və sosial obyektlər tikir. İşğal olunmuş kəndlərimizdə məskunlaşmanı sübut edən çoxlu video materiallar nümayiş etdirilir. Tikilən evlərə insanlar məskunlaşdırılmamış həmin ərazilər dərhal bombalanmalıdır - beynəlxalq hüquq da, atəşkəsi nizamlayan Bişkek protokolu da Azərbaycana bu haqqı tanıyır. SABAH GEC OLACAQ... Bir gün məskunlaşma həyata keçirilən ərazilərdə hərbi əməliyyatlar da qadağan ediləcək. Məskunlaşmaya qarşı hansısa effektiv təsir imkanımız yoxdursa, tək çarəmiz hərbi təyyarələrimizə qalıb. Qarabağı gözümüz görə-görə düşmənə verməyək, ya hamımız şəhid olaq, ya da torpaqları azad edək. SÖZ SƏNİNDİR, İQTİDAR!"- deyə, İqbal Ağazadə həyəcan təbili çalıb. 

 

LƏMAN
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı