"Şəxs ardıcıl iki il ölkədə yaşadıqdan sonra icazə almaq üçün müraciət edə bilər"

15:20 18-07-2019 | icon 448 | Cəmiyyət
"Şəxs ardıcıl iki il ölkədə yaşadıqdan sonra icazə almaq üçün müraciət edə bilər"

Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib.

 

Versus.Az trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Milli Məclis iyunda Miqrasiya Məcəlləsi və "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikləri qəbul edilib. Qanun artıq təsdiqlənmək üçün Azərbaycan Prezidentinə təqdim edilib. Həmin dəyişikliklərin mahiyyətini açıqlayan V.Hüseynov əlavə edib ki, mövcud qanuna görə, Azərbaycanda iki il yaşayan şəxs - hansı dövrdə yaşamasından asılı olmayaraq, - daimi yaşamaq üçün müraciət edə bilirdi. Amma yeni qanunvericiliyə görə, şəxs ardıcıl iki il ölkədə yaşadıqdan sonra icazə almaq üçün müraciət edə bilər.

V.Hüseynov hesab edir ki, bu dəyişiklik daimi yaşamaq icazəsi almaq istəyən şəxslərin ölkəyə daha da bağlılığını göstərir.

Xidmət rəisinin sözlərinə görə, Məcəlləyə edilən dəyişikliklərdə digər əsas yenilik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətinin artırılmasıdır:

"Müvəqqəti olma müddəti dedikdə viza müddəti nəzərdə tutulur. Mövcud qanuna görə, vizanın uzadılması ilə bağlı 4 hal nəzərdə tutulurdu. Məcəllənin yeni variantında isə bu hallara biri də artırılır. Belə ki, müvəqqəti olma müddətinin uzadılması üçün şəxsin ailə üzvləri də müraciət edə bilərlər. Müvəqqəti yaşamaq üçün icazənin alınması üçün şəxsin bank hesabında 100 min manat məbləğində vəsait olmalı idi. Mövcud Miqrasiya Məcəlləsinə əsasən də əcnəbinin Azərbaycanda bank hesabında 100 min manat vəsait varsa, həmin şəxs ölkədə müvəqqəti yaşama icazəsi ala bilər. Lakin bundan sui-istifadə hallarına da yol verilə bilər. Yeni qanunvericilikdə buna nəzarət imkanları genişləndirilir. Qanuna görə, 100 min manat artıq əmanət müqaviləsi əsasında yerləşdirilməlidir. Bankdan bununla bağlı məktub göndərilir, çünki bank tərəfindən DMX-yə müəyyən məlumatlandırma həyata keçirilməlidir".

V.Hüseynov əlavə edib ki, digər problem yaşama və iş icazələri vəsiqələri hazır olduqdan sonra onların uzun müddət əcnəbilər tərəfindən götürülməməsi ilə bağlı idi: "Yeni dəyişikliyə görə, 1 ay müddətində bu vəsiqələr götürülmədikdə həmin ərizələr qüvvədən düşmüş hesab ediləcək. Buna müraciət edən əcnəbilər diqqət etməlidirlər".

 

Versus.Az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol