“Nəyə görə məhz çərşənbə axşamı, niyə cümə və şənbə yox”

10:36 18-03-2018 | icon 1551 | Ədəbiyyat
“Nəyə görə məhz çərşənbə axşamı, niyə cümə və şənbə yox”

Cavabı Səbuhi Rəhimlinin “Avesta gerçəyi” kitabında

 

Doğma Azərbaycanımızda ağlı kəsən hər kəs Novruz çərşənbələri haqqında az-çox məlumata malikdir. Lakin küçədə insanlara yaxınlaşıb “Nəyə görə məhz çərşənbə axşamı, niyə cümə və şənbə yox?” soruşsaq, böyük əksəriyyət bu barədə sükut edəcək. Ona görə də ilk öncə bu suala cavab tapmağa çalışaq...

 

Versus.az-ın məlumatına görə, Zərdüştiliyin Azərbaycandakı ən böyük araşdırmaçılarından olan Səbuhi Rəhimlinin "Avesta gerçəyi" kitabında “Nəyə görə məhz çərşənbə axşamı, niyə cümə və şənbə yox” sualına ətraflı cavab verilir. Əsəri oxuyan hər kəs milli şüurumuza aid çox sirlərə vaqif olacaqlar.

 

Kitabda xalqımızın min illər boyu yaşatdığı, lakin əksəriyyətinin unudulmaqda olduğu mərasim və bayramlardan söhbət açılıb. Tədqiqatçı-jurnalist Səbuhi Rəhimlinin ərsəyə gətirdiyi bu kitabda zərdüştilikdə mövcud olan dini-fəlsəfi, elmi cərəyanlar üzə çıxarılıb.

 

Müəllifin sayca 40-cı kitabı olan bu tədqiqat əsərində bir çox mübahisəli məsələlərə aydınlıq gətirilib. Müəllif bildirib ki, Novruzla bağlı əsrlərdən günümüzə qədər davam edən mübahisələr mövcuddur:

 

“Bu sahə ilə məşğul olan onlarla alim var, lakin onların tədqiqatları hansısa elmi, dini mənbəyə söykənmir, daha çox fərdi yozum xarakteri daşıyır. O alimlərin heç biri novruzqabağı mərasimlərin niyə məhz çərşənbə günü keçirilməsini bilmir. Çərşənbələrin yaranma kökünü bilməyənlər, Avestada səhih və elmi izahlarla verilən mətnləri oxumayanlar bu gün çərşənbələrin hansı ardıcıllıqla gəldiyini söyləməkdə çətinlik çəkirlər. Bu kitabı yazmaqda məqsədim məhz bu tərəddüd və mübahisələrə birdəfəlik son qoymaq olub”.

 

Qeyd edək ki, kitabda min illər öncə keçirilən digər qədim bayramlarımızdan, müxtəlif mərasimlərdən, zərdüştlikdə keçirilən orucluqlardan, həmçinin ilk monoteist dinin yaradıcısı olan Zərdüşt peyğəmbərdən olduqca geniş məlumatlar var.

 

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı