Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

11:28 19-07-2019 | icon 1867 | Sağlamlıq
Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

Nərminə Abbasova: “Bəzi hallarda limfostazın müalicəsi cərrahi yolu ilə aparılır”

 

“Qandan əlavə insan orqanizmində digər çox vacib maye - limfa dövr edir. Limfa sistemi qan sisteminin hissəsi sayılır. Limfa sistemi kapilyarlar, damarlar, limfa düyünləri və limfa axarlarından ibarətdir. Limfa sistemi drenaj funksiyasını yerinə yetirir - orqanizmdə toplanan artıq mayenin qan sisteminə düşməsini təmin edir. Limfa sistemi immun sisteminə də aiddir - limfa düyünlərində orqanizmə düşən ziyanlı mikroblar və sair yad cisimlər saxlanılır və zərərsizləşdirilir. Limfa sistemi həmçinin orqanizm tərəfindən yağların mənimsənilməsinə kömək edir”.

 

Bununla bağlı Versus.Az-a Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi Nərminə Abbasova danışıb.

Həkim-terapevt vurğulayıb ki, Limfanın normal dövr etməsi orqanizm üçün çox vacibdir. Lakin müxtəlif səbəblərə görə bu prosess pozula bilər ki, nəticədə insanda limfostaz xəstəliyi inkişaf edir:

 

“El arasında bu xəstəlik "fil xəstəliyi" adlandırılır. Əksər hallarda limfostaz ayaq və qollarda, bəzən cinsiyyət orqanlarında, süd vəzilərdə, üz nahiyəsində inkişaf edə bilər. Limfostaz anadangəlmə və qazanılmış ola bilər. Qazanılmış limfostaz adətən birtərəfli olur - məsələn, bir qolda və ya bir ayaqda inkişaf edir. Ödem gizli inkişaf edir - zədələnmiş ətrafın dərisi solur, dəri tədricən qalınlaşmağa başlayır, dərialtı damarlar daha az görünən olur, şişkinlik yavaş-yavaş artır”.

 

Nərminə xanım bildirib ki, bu xəstəliyin əvvəlində şişkinlik insan uzanıb dincəldikdən sonra yox olur (zədələnmiş ayaq və ya qol bir qədər yuxarıda olmalıdır - yastıqların üstünə qoymaq olar-N.A). Lakin xəstəlik inkişaf etdikcə, bu kömək etmir - şişkinlik qalır və vaxt keçdikcə daha da çox gözə çarpmağa başlayır, xəstəni ağrılar narahat edir:

 

“Xəstəliyin ilkin mərhələlərində mütləq həkimə müraciət etmək lazımdır. Qazanılmış limfostazın səbəbi limfa damarlarının zədələnməsi və nəticədə limfanın normal axması prosesinin pozulmasıdır. Bunun nəticəsində maye toxumalarda yığılmağa başlayır və ödem (şişkinlik) yaranır.

 

Limfostaz bu kimi hallarda inkişaf edə bilər:

- limfa düyünlərinin və limfa damarlarının şişləri və zədələmələri nəticəsində;

- cərrahi əməliyyatlardan sonra (limfa düyünləri və limfa damarları xaric olunduqda - məsələn, qadınlarda süd vəzi xərçənginə görə keçirilmiş əməliyyatdan sonra inkişaf edə bilər);

- varikoz xəstəliyi nəticəsində;

- travmalardan (sınıq, çıxıq, yanıqlar və s.) sonra (bunların nəticəsində limfa axarları zədələnir);

- bəzi infeksiyaların nəticəsində (adətən bu stafilokokk və qurd infeksiyaları olur)”.

 

Həkim-terapevt deyir ki, Limfostazın müalicəsi uzunmüddətlidir. Müalicə zamanı massaj (həm əl, həm də apparat masajı), xüsusi pəhriz, müalicəvi bədən tərbiyəsi, lazerlə müalicə və s. istifadə olunur:

 

“Ən əsası isə limfostazın inkişafına səbəb olan əsas xəstəlik müalicə olunmalıdır (əgər bu mümkündürsə). Bəzi hallarda limfostazın müalicəsi cərrahi yolu ilə aparılır.

Limfostaz müalicə edilməzsə irəliləyici xəstəlikdir. Üç mərhələsi var:

geri dönə bilən mərhələ - Şişlik gün içində gedərək artar və axşam dincəldikdən sonra səhərə doğru yox olur;

Xroniki geri dönməyən mərhələ - daimi şişlik, hissiyat azalması, ağrı, yanma, hərəkət azalması kimi şikayətlər olur. Limfostaz - zaman keçdikcə artan, əhəmiyyətli səviyyədə deformasiya, hərəkət pozulması yaradan dövr, ciddi ağrılar olur”.


DİQQƏT!

Əgər siz Allergiya və Astma xəstəlikləri ilə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (və ya yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı