“Qocaltma” proqramının böyük ŞOKU – Geriyə yol yoxdur!

17:15 19-07-2019 | icon 1546 | Maraqlı
“Qocaltma” proqramının böyük ŞOKU – Geriyə yol yoxdur!

Son günlərin qəribə trendindən heç birimiz geri qalmaq istəmirik.

 

Versus.Az xəbər verir ki, “FaceApp” adlı məşhur proqrama fotoşəkilinizi yükləyərək bir anda cild dəyişə, gəncləşə və qocala bilərsiniz.

İlk baxışdan sadə mobil əlavə kimi görünən “FaceApp” proqramını telefonunuza yükləyəndə təsdiqlədiyiniz bir sıra şərtlər olur. Məsələn, “FaceApp” fotonuzu istədiyi kimi istifadə edə, qocalıq şəkillərinizdən sizdən izin almadan reklam qismində yararlana bilər. Həmçinin fotonu yayımladığınız an istifadəçi adınızı və məkanınızı digər istifadəçilər rahat görə bilirlər.

Təəccübləndiniz? Axı proqramı telefonunuza yükləyəndə bu şərtlərlə avtomatik razılaşmısınız.

“FaceApp” trendinin əsas qəhrəmanları isə Hollivud və dünya ulduzlarıdır. Bu, həmçinin hazırda İOS və Android siyahısında ən çox yüklənən mobil əlavədir.

Xatırladaq ki, 2017-ci ildə rus proqramçılar belə bir əlavə hazırlamışdılar. Lakin bir sıra əskik məqamlar vardı. “FaceApp”ın bir üstünlüyü də odur ki, istifadəsi ödənişsizdir. Onu hazırlayan şirkət “Wireless Lab” adlanır. Şirkətin qurucusu Rusiyanın Sankt Peterburq şəhərinin sakini Yaroslav Qonçarovdur. Qonçarov həmçinin “Yandex”in idarə heyətində də təmsil olunur.

Yəqin onu da deməyə gərək yoxdur ki, “FaceApp” öz təxminlərini nümayiş etdirmək üçün zəkadan yararlanır. Bu isə o deməkdir ki, proqram üz tanıma texnologiyasının arxivini zənginləşdirir.

Təəssüf ki, proqramı telefonunuza yüklədikdən sonra geriyə dönüş olmur. Çünki kortəbii şəkildə bütün şərtlərlə razılaşırsınız. Hətta fotonu silsəniz də “FaceApp”ın yaddaşında qalır. Üstəlik ziyarət etdiyiniz səhifələr də “FaceApp”ın yaddaşına yazılır və telefonunuzdakı bütün materiallar asanlıqla izlənilir.

Amma dünyanın saf niyətli sakinləri hələ də qocalıq fotolarını paylaşmaqdan zövq alır.

Qorxmayın, hamımız gəmidəyik. Batsaq, birgə batacağıq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi