Milli Mətbuat Gününə həsr olunmuş müsabiqənin qalibləri məlum oldu

18:22 19-07-2019 | icon 621 | KİV
Milli Mətbuat Gününə həsr olunmuş müsabiqənin qalibləri məlum oldu

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) Azərbaycan Mətbuat Şurası ilə birgə keçirdiyi 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş jurnalist yazıları müsabiqəsinə yekun vurulub.

 

Versus.Az trend-ə istinadən xəbər verir ki, məlumatına görə, tədbiri açan MPK prezidenti İlqar Rəhimov bütün jurnalistləri qarşıdan gələn 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə təbrik edib. O qeyd edib ki, Azərbaycanda paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır. Jurnalistlərin əlil idmançılar barədə mütəmadi olaraq hazırladıqları reportajlar əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmasında mühüm rol oynayır.

 

MPK prezidentinin sözlərinə görə, komitə jurnalistlərin əməyini stimullaşdırmaq məqsədi ilə Mətbuat Şurası ilə birlikdə jurnalist yazıları müsabiqəsi elan edib. Müsabiqəyə müxtəlif mətbuat orqanlarından 10 yazı daxil olub. Yazılar xüsusi yaradılmış münsif heyəti tərəfindən qiymətləndirilib.

 

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov öz çıxışında Azərbaycanda Mətbuat Gününün əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, 144 il öncə Həsən bəy Zərdabi Azərbaycanda ilk mətbuat orqanını yaratmaqla Azərbaycan xalqını dünyanın sivil xalqları səviyyəsinə qaldırdı. Bir çox xalqlar bizdən uzun illər sonra mətbuata sahib oldular. Bu hadisə Azərbaycan tarixində olduqca mühüm əhəmiyyətə malikdir.

Ə.Amaşov mətbuatın paralimpiya hərəkatına dəstəyinin əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, beynəlxalq yarışlarda Azərbaycan bayrağını zirvələrə qaldıran insanların fəaliyyətini təbliğ etmək hər bir jurnalist üçün qürurlu işdir.

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) Azərbaycan Mətbuat Şurası ilə birgə keçirdiyi 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş jurnalist yazıları müsabiqəsi barədə danışan Ə.Amaşov qeyd edib ki, bu cür tədbirlər ölkəmizdə paralimpiya hərəkatının təbliği ilə yanaşı, jurnalistlərin əməyini də stimullaşdırır.

 

Daha sonra müsabiqənin qalibləri elan olunub. Qeyd edilib ki, münsiflərin qiymətləndirməsinə əsasən müsabiqədə ilk yeri "Faktor.Az" saytının əməkdaşı Orxan Əliyevin “Əlillərin idman vasitəsi ilə cəmiyyətə inteqrasiya olunması” mövzusunda yazdığı məqalə (məqalə bu linkdə) qazanıb. “Trend” İnformasiya Agentliyinin əməkdaşı Vüqar İmanovun eyni mövzuda yazdığı (məqalə bu linkdə) ikinci yerə, “Kaspi” qəzetinin əməkdaşı Aygün Əhmədovanın yazdığı məqalə (məqalə bu linkdə) isə üçüncü yerə layiq görülüb.

MPK prezidenti İlqar Rəhimov bildirib ki, komitə ilboyu paralimpiya hərəkatının təbliğinə dəstək göstərən jurnalistləri də diqqətdən kənarda qoymayıb. Onun sözlərinə görə, 9 nəfər jurnalistə hədiyyə və təşəkkürnamələrin verilməsi də nəzərdə tutulub.

Onlar "Milli.Az" xəbərlər saytının baş redaktoru Anar İmanov, "Baku.News" saytının baş redaktoru Etibar Toğrul, “Report” İnformasiya Agentliyinin əməkdaşı Təbriz Quliyev, Oxu.az saytının əməkdaşı Səbuhi Musayev, AzərTac Dövlət İnformasiya Agentliyinin əməkdaşı Səxavət Quliyev, “Kaspi” qəzetinin əməkdaşı Sahib Əsədbəyli, "Qalanews.az" saytının əməkdaşı Nərmin Kazımova, "Allsport.az" saytının əməkdaşı Kamran Hacı və "Azerisport.az" saytının əməkdaşı Vüqar Zeynalovdur.

Qaliblərə mükafatlar təqdim olunduqdan sonra Azərbaycanda paralimpiya hərəkatının təbliğinə dəstək göstərən jurnalistlərə də hədiyyələr və təşəkkürnamələr təqdim olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi