“26” adlı kafenin fəaliyyəti dayandırılıb

14:28 09-09-2017 | icon 581 | Hadisə
“26” adlı kafenin fəaliyyəti dayandırılıb

Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş “26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” – “Twenty six” adlı kafe bağlanıb.

Versus.az xəbər verir ki, əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da gəlib. H.Abutalıbov deyib ki, Bakının mərkəzində “26” adlı kafenin açılması yolverilməzdir:

“Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar binasının bir hissəsi icarəyə götürüb, iki mərtəbəli yerdə “26” sözünü nəinki Azərbaycan, hətta ingilis dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, ermənilərə Azərbaycanda yer yoxdur”.

H. Abutalıbov obyektin tamam bağlanacağını, əmlakının isə müsadirə olunacağını deyib:

“Obyektin icarədarları və havadarları da qanuna müvafiq olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

H. Abutalıbov sosial şəbəkələrdə Bakının Sabunçu rayonu ərazisində “26 Bakı komissarı” adlı küçənin olması haqda yayılan məlumatlara da münasibət bildirərək deyib ki, artıq həmin küçənin adı da dəyişdirilib. Qeyd edək ki, H.Abutalıbovun açıqlamasının ardınca kafe bağlanıb, kafenin adını bildirən “26” – “Twenty six” lövhəsi sökülüb, ora aid olan əmlak isə maşınlara yığılaraq aparılıb. Kafenin icarədarı Ramin Məmmədov polis tərəfindən saxlanılaraq bölməyə aparılıb.

Xatırladaq ki, əvvəllər Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş 26 Bakı komissarlarının adını daşımış bağın yaxınlığında “26” adlı kafenin fəaliyyət göstərməsi ictimaiyyət və bəzi tarixçilər tərəfindən narazılıqla qarşılanmış, etirazlara səbəb olmuşdu.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı