“Kahveçi +” inşaat şirkəti yubileyini və Milli Mətbuat gününü qeyd etdi

 

19:19 20-07-2019 | icon 261 | KİV
“Kahveçi +” inşaat şirkəti yubileyini və Milli Mətbuat gününü qeyd etdi
 

Dünən məşhur “Kahveci +” inşaat materialları şirkəti ölkədə fəaliyyətə başlamasının yubileyini və Milli Mətbuat gününü jurnalistlərlə birlikdə qeyd edib.

 

Versus.Az-ın da əməkdaşının qatıldığı tədbirdə jurnalistlər və şirkətin əməkdaşları, milət vəkilləri iştirak ediblər.

 

Tədbirin aparıcısı, telejurnalist Pərvin Əsgərli qonaqları salamlayaraq bildirib ki, “Kahveçi +” şirkətinin satış magazasının direktoru Aida Kahveçi xanım özəl günlərini Milli Mətbuat günü ərəfəsində jurnalistlərlə bir yerdə keçirmək qərarına gəlib.

 


Versus.Az xəbər verir ki, tədbirdə çıxış edən millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Bababoglu çıxışında informasiya cəmiyyətində yaşadıgımızı bildirərək biznes şirkətinin mediayaya diqqətinin sevindirici hal oldugunu vurgulayıb: “Jurnalistlərin fəaliyyəti, əməyi digər peşə sahiblərindən fərqlənir. Media mənsubları yaşadıgımız cəmiyyətin lokomatividir, onu istiqamətləndirir, dogru, düzgün informasiyaların çatdırılmasında, baş verənlərin işıqlandırılmasında böyük rol oynayırlar”.

 


Millət vəkili Azərbaycan mətbuatına göstərilən qaygıdan danışaraq dövlətin onların iş şəraitinin, sosial durumunun yaxşılaşdırılması istiqamətində gördüyü işlərə də diqqət çəkib:

“Ümumilli liderimiz Heydər Əliyev çıxışlarında bildiridi ki, bütün sahələrdə çalışan insanların, peşə sahiblərinin vahid iş yerləri və iş saatları var. Amma bunun jurnalistikaya aidiyyatı yoxdur. Çünki, jurnalistika elə bir sahə, elə bir peşədir ki, onun konkret iş saatı yoxdur. Biz demək olar ki, 24 saat müddətində hər yerdə işləyirik. Bu gün də çoxlarımız bu tədbirə qonaq kimi dəvət alsaq da, həm də iş başındayıq. Gözəl təşkil olunan bu tədbirdən bəziləriniz reportaj, yazı hazırlayacaqsınız ”.

 


Millət vəkili Sona Əliyeva media mənsublarını qarşıdan gələn Milli Mətbuat günü münasibəti ilə təbrik edib, “Kahveçi +” şirkətinin təqdirəlayiq işə imza atdıgının, yubileyini jurnalistlərlə bir arada keçirməsinin əhəmiyyətini vurgulayıb:

“Bütün cəmiyyətlərin formalaşmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, informasiya ilə təmin olunmasında jurnalistlərin çox böyük əməyi var. Dövlətimiz tərəfindən jurnalistlərin işinə, onların peşə fəaliyyətinə böyük dəyər verilir. Ayrı – ayrı sturukturların, biznes şirkətlərinin də jurnalistlərimizin yanında olması, işlərinə dəstək verməsi sevindiricidir”.


“Kahveçi +” şirkətinin satış magazasının direktoru Aida Kahveçi yubileylərini jurnalistlərlə birlikdə keçirməkdən çox məmnun olduqlarını bildirdi:

“Öncə Azərbaycan jurnalistlərinin bayramını təbrik edirəm. Bu gün sizlərlə bir arda olmaq məni çox sevindirir. Jurnalistlər in fəaliyyəti dogrudan da , bütün peşə sahiblərini fəaliyyətindən fərqlənir. Onlar olmadan bir cəmiyyəti təsəvvür etmək mümkünsüzdür. İstər ölkəmizin ictimai – siyasi, iqtisadi, mədəni həyatında, istərsə də dünyada baş verənlərin çatdırılmasında, bizim informasiya ilə təmin olunmamızda sizin böyük əməyiniz, xidmətləriniz var var. Hər birinizə gəldiyiiz, bizimlə bir arda oldugunuz üçün çox təşəkkür edirəm”.


Telejurnalist Mətanət Agamirli də çıxışında həmkarlarını təbrik edib və bildirib ki, Aida xanımın bu təşəbbüsünü məmuniyyətlə dəstəkləyib:

“Aida xanım dedi ki, şirkətlərinin yubileyi Milli Mətbuat günü ilə üst – üstə düşür və bu günü onlarla bərabər qeyd etmək istəyir. Çox gözəl təşəbbüs idi və biz də həmkarlarımızı, dostlarımızı bu tədbirə dəvət etdik”.


Sonda Milli Mətbuat günü ilə baglı qonaqlara şirkətin hədiyyələri təqdim olunub.

Aganisə Sultan
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

"Bəs Əli Kərimli niyə susur?"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Mitinqə görə imiş... yesinlər mitinqinizi

Deputat vəsiqəsinin girov qoyulmasına RƏSMİ reaksiya