Animasiya filmləri və ssenarilər üzrə heyət dəyərləndiriləcək

19:55 20-07-2019 | icon 409 | Mədəniyyət
Animasiya filmləri və ssenarilər üzrə heyət dəyərləndiriləcək

2-ci Bakı Beynəlxalq Animasiya Festivalı təşkilat komitəsi Almaniya, Azərbaycan, Rusiya, İran və Çexiyadan olan peşəkarlardan ibarət münsiflər heyətinin tərkibini elan edib.

 

Versus.Az istedadın dəstəklənməsi və animasiya sənətinin irəlilədilməsi meyarlarına əsaslanaraq, festivalda nominasiyaları iki beynəlxalq tərkibli və bir uşaqlardan ibarət yerli münsiflər heyəti – animasiya filmləri və ssenarilər üzrə heyət dəyərləndirəcək.

 

Bundan əlavə, hər bir tamaşaçı da səs verməklə, animasiya filmlərinin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Səsvermənin yekununda “Tamaşaçı rəğbəti mükafatı” təqdim ediləcək.

 

Beynəlxalq münsiflər heyətinə Azərbaycanın tanınmış rejissor-animatoru Məsud Pənahi başçılıq edəcək.

ANİMAFİLM-in təşkilat komitəsinin qərarı ilə festivalda Azərbaycan animasiyasının inkişafına verdiyi töhfəyə görə “Qızıl qayıq” heykəlcik-mükafatı verilməsi nəzərdə tutulub.

 

Münsiflər heyətinin üzvləri, həmçinin müsabiqədənkənar və peşəkar proqramlarda da fəal iştirak edəcəklər.

 

ANİMAFİLM təşkilat komitəsi münsiflər heyətinin hər üç tərkibini təqdim edib:

 

1) Animasiya filmləri üzrə münsiflər heyətinin üzvləri

 
  • Məsud Pənahi (Almaniya) – rejissor, animator, rəssam, ssenari müəllifi
  • Cahangir Süleymanov (Rusiya) – rejissor, animator, rəssam
  • Samir Salahov (Azərbaycan) – animasiya, qrafika və küçə sənəti kimi incəsənət sahələrində fəaliyyət göstərən rəssam
  • Miroslava Yaniçatova (Çexiya) – animasiya və kino nəzəriyyəçisi
  • Afət İlhamqızı (Azərbaycan) – AzTV-də “Palitra ART” verilişinin ssenari müəllifi, rejissoru və aparıcısı

 

2) Ssenarilər üzrə beynəlxalq münsiflər heyəti üzvləri

  • Ramiz Fətəliyev (Azərbaycan) – Azərbaycanın tanınmış kino ssenaristi, xalq artisti, əməkdar incəsənət xadimi, Respublika Dövlət Mükafatı laureatı
  • Zeynəb Qurbani Fəryad (İran) – animasiya üzrə rejissor, ssenarist, illüstrator
  • İntiqam Qasımzadə (Azərbaycan) – əməkdar incəsənət xadimi, ədəbi tənqidçi, tərcüməçi və ssenarist
  • Gülşən Tofiqqızı (Azərbaycan) – Yazıçı-publisist, ssenarist

 

3) Uşaq münsiflər heyəti üzvləri

  • Aydan Kərimli (Azərbaycan) – Bilgəh 11 №-li İnteqrasiya Təlimli İnternat Məktəbinin şagirdi
  • Beril Karaoğlu (Türkiyə) – Hazırda İstanbulda yaşayır. 4-cü sinif şagirdi
  • Fatimə Allahverdiyeva (Azərbaycan) – Bakıda yaşayır. 257 №-li məktəbin 7-ci sinif şagirdi
  • Nilufər Əzimzadə (Azərbaycan) – Hazırda Bakıda yaşayır. Texniki Humanitar Liseyin 8-ci sinif şagirdi
  • Zərif Qasımova (Azərbaycan) – Hazırda Sumqayıtda yaşayır. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının 2-ci sinif şagirdi

 

Xəbər verildiyi kimi Azərbaycan animasiyasının inkişafına töhfə vermək məqsədilə 18-20 oktyabr 2019-cu il tarixində Bakıda İkinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim olunacaq. Bu festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan Birinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2018) davamıdır.

Builki festivalda uşaqlardan ibarət münsiflər heyəti böyüklərlə birgə fəaliyyət göstərəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür