Sikkə dəfinələrin izi ilə

20:28 20-07-2019 | icon 1329 | Ədəbiyyat
Sikkə dəfinələrin izi ilə

Bu günlərdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin "Numizmatika və epiqrafika "elmi- fond şöbəsinin müdiri, tarix elmləri doktoru, professor, Əməkdar Mədəniyyət işçisi Əli Rəcəblinin tərtib etdiyi "Sikkə dəfinələrinin izi ilə "adlı növbəti kitabı işıq üzü görmüşdür. Kitab "Ekoprint" mətbəəsində nəfis tərtibatda çap olunmuşdur. 


Versus.Az-ın məlumatına görə, oxuculara təqdim olunan bu kitabda 1926-1965-ci illərdə Azərbaycan Respublikası ərazisində aşkar olunan və professor Y.A.Paxomov tərəfindən  qeydə alınan numizmatik materiallar, eləcə də professor Əli Rəcəbli tərəfindən çoxsaylı səfərlər və ezamiyyələr nəticəsində əldə olunan sikkə dəfinələri toplanaraq muzeyə təhvil verilmişdir. 


Professor Əli Rəcəbli həm də kitaba geniş və əhatəli ön söz yazmış və eyni zamanda tərtib etdiyi kitabın redaktoru olaraq böyük zəhmət çəkmişdir. 


Kitabın ərsəyə gəlməsində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun mühafizi Zümrüd Ələsgərovanın , ,AMEA Milli Azərbaycan Tarixi Muzeyinin " Numizmatika və epiqrafika " elmi- fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədovanın, eləcə də həmin muzeyin "Numizmatika və epiqrafika" elmi- fond şöbəsinin elmi işçisi Ayəndə Dadaşovanın , böyük laborantlar Gülnar İsmayılovanın , Aytən Mikayılovanın ,Fidan Məmmədovanın zəhmətəri  təqdirə layiqdir. 


Araşdırmaçı alim ,professor Əli Rəcəbli 60 ildən çoxdur ki, Azərbaycanda qədim sikkələrin ,dəfinələrin tədqiqi ilə məşguldur. Professor dəqiq araşdiraraq  bildirmişdir ki, Azərbaycanda  çox qədim zamanlardan pul vahidləri dirhəm, gümüş, mis və qizil sikkələri olmuşdur. Dövlətlər qiymətli pulları ilə  bir - biriylə ticarət əlaqələri etmiş, alış-veriş edərək ölkələrini  inkişaf etdirmişlər.


Professor elmi araşdırmaları nəticəsində sübut etmişdir ki, ermənilərin nəinki sikkə məmulatları olmuş, heç onların dövləti də olmamışdır. Aydın olur ki pul vahidi olmayan bir tayfanın dövləti də ola bilməz. Lakin sonralar ruslara sığınan ermənilər  qədim Azərbaycan torpaqlarında dövlət qurmuş və iri dovlətlərin köməyi ilə ərazilərini türk torpaqlarında genişləndirərək fitnə-fəsad törədərək bu gün də işğalçılıq siyasətindən əl çəkmirlər. Kitabda eyni zamanda qədim dövlətlərin sikkə, dirhəm ,draxma və sair pul vahidlərinin də təsviri verilmişdir. Həmin dəfinələrdən muzeyimizdə muhafizə olunur. Onu da qeyd edək ki , kitabın çap olunmasında bədii redaktor Rauf İlyasoğlunun az da olsa  da  əməyi olmuşdur. "Həkəri" qəzeti redaksiyasının fəxri heyətinin üzvü, xeyriyyəci professor Əli Rəcəbli  ömrünün 91-ci ilini yaşayır. Bu müdrik yaşında da yorulmadan yazıb- yaradan görkəmli alimimiz dəyərli kitabları ilə geniş oxucu məhəbbəti qazanmışdır. 


Bir əsrə yaxın ömur sürən Əli müəllim BDU- da yarım  əsrdən çoxdur ki, elmi-pedoqoji fəaliyyətini davam etdirir və onun dərs dediyi tələbələrin əksəriyyəti akademik, professor  rektor və sair məsul vəzifələrdə çalışırlar. 


Elm fədaisi olan cəfakeş və vətənpərvər alimimizin zəhməti, elmi, pedaqoji fəaliyyəti, səmərəli xidməti ümid edirik ki , dövlətimiz tərəfindən də layiqincə qiymətləndiriləcək və prezidentimiz tərəfindən ən yüksək ali mükafatlara layiq gorüləcəkdir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI