Fuad Əliyev Versus.Az-ı təbrik etdi

08:34 21-07-2019 | icon 1046 | Siyasət
Fuad Əliyev Versus.Az-ı təbrik etdi

“Liberal Demokrat Partiyası  və şəxsən öz adımdan Milli Mətbuat Günü münasibəti ilə sizi və sizin simanızda Versus.Az –ın bütün kollektivini  təbrik edir, uğurlar arzulayıram.  

Verus.Az yeni yaranan sayt olsa da, artıq kifayət qədər tanınmış bir media qurumu kimi ictimaiyyət tərəfindən tanınır, sevilir.  Versus.Az-da peşəkar jurnalistlər çalışır. Sizin imzanız həmişə oxunub və tanınıb. Sizə uğurlar arzulayırıq.

Milli Mətbuatımızın 144 yaşını qeyd edirik. İstərdim ki, Versus. Az aparıcı bir sayt, Azərbaycan mediası ailəsində öndə yer alan mətbuat nümunələrindən biri olsun. İnanıram ki, bu olacaq”.

 

Bu sözləri Versus.Az-a ALDP sədri Fuad Əiyev Azərbaycan Milli Mətbuat Günü münasibəti ilə sayta ünvanlayıb.

Fuad Əliyev müraciətində siyasi partiya lideri olaraq Azərbaycan mediası və onun cəmiyyətin inkişafındakı rolunu yüksək qiymətləndirib. O, MƏTBUAT-ın 4-cü hakimiyyət olaraq cəmiyyətdəki gücünü, mövqeyini qeyd edərək, problemlərin işıqlandırılması, məsələlər ətrafında ictimai fikrin formalaşdırması və həlli ilə bağlı bütün fəaliyyət sferalarına təsir və təkan vermə imkanlarını qeyd edib. F.Əliyev eyni zamanda əksər hallarda mətbuatın öz səlahiyyətlərini tam icra edə bilmədiyini təəssüf hissi ilə vurğulayıb. Bildirib ki, Azərbaycanda kifayət qədər öz sözünü deyən media ressursları var və öz üzərilərində çalışırlar.

 

"İstərər hökumət, istər müxalifət, istərdə də müstəqil mövqedə olmasından asılı olmayaraq ölkədə çoxlu sayda saytların fəaliyyət göstərməsi sevindirici haldır.  Təəssüf ki, bir neçə illər ərzində bəzi saytlar, televiziyalar bağlanıb.  Çox təəssüf ki, belə faktların arxasında hansısa maliyyə və digər texniki problemlər dayansa da, biz əksər sayt və qəzetlərin müəyyən siyasi təzyiqlərə görə fəalyyətlərini dayandırdığını müşahidə etdik”.

 

ALDP sədri sonra bayram günü nüqativ notlarla danışmaq istəmədiyini qeyd edərək, səmimi arzularını çatdırıb, media nümayəndələrinin  artıq professional səviyyədə dünya arenasında tanınmasını arzu edib.

 

“Çox təəssüf ki, ölkə daxilində imzası ilə tanınan yaxşı jurnalistlərimiz  Azərbaycandan kənarda tanınmırlar. Çox istərdim ki, peşəkar jurnalistlərimiz beynəlxalq müstəviyə çıxsınlar. Lakin məlumatımız da var ki, siz və sizin kollektivin bir neçə jurnalisti, artıq Türkiyədə də  çap olunurlar. Bu çox xoş xəbərdir. Sözsüz ki, sizin götürdüyünüz müsahibələr və yaxud analitik yazılar artıq Türkiyə ictimaiyyətinə də tanışdır. Bu çox böyük nailiyyətdir və bununla bağlı sizi təbrik edirəm. İstərdim ki, Versus.az-ın kollektivi təkcə Türkiyədə yox başqa Avropa ölkələrində də çap olunsun, ingilis, rus oxucularına da tanış olsunlar. Versus.Az-ın kollektivi peşəkar, öz üzərində işləyəyn kollektivdir. Artıq Versus.Az saytı 2-3 dildə çap olunmaqla digər ölkələrdə də tanınmalı, xarici oxucu auditoriyasını qazanmalıdır. Azərbaycanın Milli Mətbuat Günü münasibəti ilə bütün mətbuat işçilərini təbrik edirəm”

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol