Deputat Mətbuatımızın inkişafı naminə atılan addımlardan danışıb

13:39 21-07-2019 | icon 367 | Siyasət
Deputat Mətbuatımızın inkişafı naminə atılan addımlardan danışıb

Milli mətbuat Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında, düşmənə qarşı informasiya müharibəsində mühüm rol oynayır.

 

Versus.Az bildirir ki, bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.

 

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra mətbuatımızın inkişafında dönüş yarandı. Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanı qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə "Əkinçi" qəzetinin nəşrə başlandığı gün 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur:

 

"Bir çox demokratik ölkələrdə olduğu kimi, ölkəmizdə də Mətbuat Şurası və "Mətbuat haqqında" Qanun qəbul edilmişdir. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyinin təmin edilməsi, mətbuat işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədi ilə xüsusi proqramlar qəbul edilmiş və müvəffəqiyyətlə həyata keçirilir. Ümumimilli lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlıqlarının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkəmizdə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2009-cu ilin mart ayında imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yardılıb. Həyata keçirilən bu mühüm tədbirlər Azərbaycanda mətbuatın, jurnalistikanın sürətli, hərtərəfli inkişafına şərait yaratmışdır. Mətbuat da öz növbəsində Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, demokratiyanın üstünlük təşkil etdiyi vətəndaş cəmiyyətinin formalaşmasında yaxından iştirak edir. Milli mətbuatımız milli və ümumubəşəri dəyərlərin təbliğində, xalqımızın tarixi keçmişinin öyrənilməsində, vətənpərvərlik hislərinin cəmiyyətə aşlanmasında, ölkəmizin müstəqillik illərində bütün sahələrdə əldə etdiyi uğurlu nəticələrin cəmiyyətə çatdırılması işində yaxından iştirak edir. Mətbuat vasitələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında, düşmənə qarşı aparılan informasiya müharibəsində çox mühüm rol oynayırlar. Peşə bayramları münasibəti ilə bütün mətbuat işçilərini, jurnalitləri təbrik edir, onlara bu mühüm və şərəfli işlərində yeni-yeni uğurlar arzu edirəm".

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI