QAT-ın "Qarabağ Vaxtı"na start verildi

16:26 27-03-2018 | icon 640 | Gündəm
QAT-ın "Qarabağ Vaxtı"na start verildi

Qarabağ Azadlıq Təşkilatı (QAT) "Qarabağ Vaxtı" adlı verilişini sosial şəbəkələrdə yayımlamağa başlayıb.

 

Versus.az-ın məlumatına görə, dünən ilk veriliş artıq efirə çıxıb (https://youtu.be/Tsy12gM8wxg) Verilişin formatı hələlik QAT sədri Akif Nağının çıxışlarından, aktual məsələlərə münasibətindən ibarətdir.

Sonrakı buraxılışlarda döyüşçülərin, ictimai xadimlərin, siyasətçilərin, ekspertlərin çıxışları və digər formalar da nəzərdə tutulur. Efir vaxtı hər həftənin 1-ci günü, axşam saat 20:00 radələri üçün planlaşdırılır. "Qarabağ Vaxtı" veriliş-rubrikası şərti olaraq "QAT.AZ Studiyası" adlandırılan yaradıcı qrup tərəfindən hazırlanır. Verilişin ideya müəllifi Barat İmanidir, yaradıcı qrupa Barat İmani, Ceyhun Tağı, Ramin Qulusoy, Aytac Əmiraslanlı, Solmaz Alısoy daxildirlər. Akif Nağı mətbuat üçün açıqlamasında bildirib:

 

"Verilişin təşkilində məqsəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktual məsələləri gündəmə gətirmək, baş verən hadisələrə obyektiv qiymət vermək, cəmiyyəti Qarabağ uğrunda savaşa səfərbər etmək, işğala qarşı barışmazlıq, düşmənə qarşı nifrət və intiqam hissini gücləndirmək, azadlıq müharibəsi tələbini ictimai rəydə hakim düşüncə tərzinə çevrilməsinə nail olmaqdan ibarətdir."

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı